21 C
Baku
Saturday, May 4, 2024

Karqo şirkəti “Starex” adını dəyişir

Türkiyədən və Amerikadan yükdaşımanı həyata keçirən “Starex” MMC adını dəyişir.

Banker.az xəbər verir ki, adını dəyişərək “Star Express Azərbaycan” MMC-yə çevrildiyini elan edir.

Xatırladaq ki, daşıma xidmətlərini həyata keçirən “Starex” 2018-ci ilin oktyabrında dövlət qeydiyyatına alınıb. “Starex.az” Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir.

Şirkət hal-hazırda Azərbaycan, Türkiyə və Amerikada qeydiyyatdan keçmiş və hər üç ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər