13 C
Baku
Saturday, November 23, 2024

Karqo şirkətləri – “Mover” və “Cargo Line” istehlakçıların hüquqlarını pozub: Məsələ Baş Prokurorluğa təqdim edildi

Azərbaycanda daşıma şirkətləri tərəfindən istehlakçıların hüquqlarının pozulması ilə bağlı faktlar müəyyən edilib.

Bu barədə Banker.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilir.

Xarici ölkələrdən daşıma xidmətini həyata keçirən “Mover” MMC və “Cargo Line” MMC tərəfindən yol verilən qanunsuzluqlar barədə çoxsaylı istehlakçı müraciətlərinə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baxılıb.

Müraciətlər əsasən bağlamaların istehlakçılara çatdırılma müddəti, vaxtı və statusu barədə məlumatların düzgün təqdim edilməməsi, bağlamaların itirilməsi, eləcə də istehlakçılar tərəfindən ödənilən vəsaitin geri qaytarılmaması ilə bağlı olub.

Müraciətlərin araşdırılması zamanı istehlakçıların aldadılmasına dair ilkin dəlillər aşkar olunduğundan qeyd olunan şirkətlərin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.

Son xəbərlər
Digər xəbərlər