5 C
Baku
Bazar, Noyabr 28, 2021

Kart vasitəsilə icra edilən ödənişlərdə ƏDV nə zaman tətbiq edilir?

Kartla aparılan bütün növ ödənişlərdə, eləcə də, Türkiyə, Çin, ABŞ və digər ölkələrdən onlayn alış-veriş zamanı vergi tutulmur.

Dövlət Vergi Xidmətinin şöbə rəisi Məmməd Quliyev bildirir ki, ölkə daxilində plastik kart vasitəsilə nağdsız ödənilən məbləğlərdə, ümumiyyətlə, əlavə dəyər vergisi (ƏDV) tutulmur.

Qeyri-rezidentlərdən, yəni xarici sahibkarlardan və şirkətlərdən alınan iş və xidmətlər zamanı ƏDV yalnız bir sıra hallarda tutulur. Misal olaraq, hər hansı bir proqram təminatının əldə edərkən bank kartı vasitəsilə ödənilən məbləğdən banklar tərəfindən 18% əlavə dəyər vergisi məbləği tutulur.

Xarici qeyri-rezidentlərdən alınan mallara görə, eyni zamanda aviabiletlərin və yaxud otel xidmətlərinin dəyərinin ödənilməsi zamanı və xaricdə olarkən malların alınması zamanı ödənilən məbləğlərdən əlavə olaraq hər hansı bir vergi məbləği tutulmur.

Azərbaycan Banklar Assosiasiyasında Qrup Rəhbəri Zakir Kazımov da qeyd edib ki, İnternet üzərində ödənişlər aparıldıqda, Vergi Məcəlləsində müəyyən olunmuş sığorta xidmətləri, təhsillə, səhiyyə ilə əlaqədar ödənişlər qeyri-rezidentlər apararsa, əlavə dəyər vergisi tutulmur. Digər bütün xidmət hallarında azadolmalar olmasa, onlardan kartlar vasitəsilə ödənişlər aparılarkən banklar kart hesablarından əlavə dəyər vergisi tutub büdcəyə köçürürlər.

 

Son xəbərlər
Oxşar xəbərlər
X