“Kartda pul yoxdur” deyib təqaüdçüləri aldatdı

0

Astara şəhər sakini C.Məmmədov və rayonun Ərçivan qəsəbə sakini olan bir qadın Astara RPŞ-yə ərizə ilə müraciət edərək, şəhər ərazisində bankomatlardan birindən tanımadıqları bir şəxsin onlara məxsus plastik kartdakı pulu çıxararaq mənimsədiyini bildiriblər.

Bu barədə Oxu.Az-a DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Belə ki, onlar bankomatın yanında dayanan tanımadıqları bir şəxsə plastik kartlarını verərək, pullarını çıxarmağı xahiş ediblər. Həmin şəxs isə “kartda pul yoxdur”- deyərək onları aldadıb. Əslində isə həmin vətəndaşlara məxsus ümumilikdə 183 manat pulu çıxararaq mənimsəyib.

Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki təqaüdçüyə məxsus plastik kartlardan pulu çıxararaq mənimsəyən şəxsin şəhər sakini İlkin Hüseynov olduğu müəyyən edilib. O saxlanılaraq şübhəli şəxs qismində RPŞ-yə gətirilib.

Araşdırma zamanı İ.Hüseynov cari ilin avqust-sentyabr aylarında daha iki rayon sakininə məxsus kartlardan ümumilikdə 109 manat pul çıxararaq mənimsədiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.