Biz sizin üçün bank kartlarının təhlükəsiz istifadəsi ilə bağlı olan əsas sualları bir araya gətirdik.
Banker.az-ın bu barədə nə məsləhətləri.
- Kart itirildikdə nə etməliyəm?
Belə bir vəziyyət yarandıqda, banka dərhal zəng edib kartınızı bloklamaq lazımdır.
- Smartfonu itirdikdə nə etməliyəm?
Digital Security-nin analitiki Aleksandr Romanovun sözlərinə görə, smartfonunuza quraşdırılmış proqramları xatırlamaq və bütün banklar və ödəniş sistemlərinə zən edərək, mobil cihaz vasitəsilə hesabın parolunu dəyişmək lazımdır. Əgər bu mümkün deyilsə, müvəqqəti olaraq hesabların dondurulması məqsədəuyğundur.
- Mənə zəng etmiş şəxsin fırıldaqçı olduğunu necə müəyyən edə bilərəm?
Əgər sizə tanımadığınız bir nömrədən zəng gəlibsə, diqqətli olun. Heç bir halda kartınızın nömrəsini və ya digər məlumatları telefon vasitəsi ilə deməyin. Bilin ki, bu insanlar fırıldaqçıdırlar.
- Bank işçilərinə kart barədə hansı məlumatları deməli deyiləm?
Bankın əməkdaşı ilə danışdığınız zaman, yalnız ad, soyad, ata adını, kartın nömrəsinin son iki rəqəmini və şifrə sözünü desəniz kifayət edir. Digər məlumatları deməyə ehtiyac yoxdur.
- ATM-də saxta cihazı necə fərqləndirə bilərik?
İT sənayesindəki müstəqil ekspert Pavel Terentyev, gündə bir dəfəyə qədər bank şöbəsində quraşdırılmış bankomatlardan pul çəkməyi məsləhət görür. ATM-dən istifadə etməzdən əvvəl kart oxuyucunu yoxlamaq lazımdır. “Şübhəli bir plastik oxucu aşkar etdikdə, onu hərəkət etdirməyə çalışmalısınız. Yapışqan və digər şübhəli hissələrin izləri aşkar edilmədiyi halda, narahatlığa ehtiyac yoxdur: bu standart anti-skimming cihazdır “.
- Bunlardan hansı daha təhlükəsizdir: smartfon və ya kartla ödəniş?
“Cash back and Bank Card” teleqram kanalının müəllifi Artem Beloqubovun sözlərinə görə, “Bütün ödəmələr təhlükəsizdir, sadəcə diqqətli olmaq lazımdır.
- Kartda saxlaya biləcəyim maksimum məbləğ nə qədərdir?
Mütəxəssislər kartda yalnız kiçik məbləğləri saxlamağı məsləhət görür. Eyni zamanda, təhlükəsizliyi artırmaq üçün gündəlik xərcin həddini təyin etmək lazımdır. Bu yanaşma, əlavə xərclərdən qorunmağa kömək edəcəkdir.
- Kartı fırıldaqçılıqdan necə qorunmaq olar?
Bu məqsədlə, yenə də, ödəniş edərkən hər gün sərf ediləcək məbləği məhdudlaşdırmaq lazımdır”, deyə Group-IB-də informasiya təhlükəsizliyi üzrə mütəxəssis Nikita Panov deyir.
- Açıq Wi-Fi şəbəkələri vasitəsilə bank proqramlarından istifadə etmək təhlükəlidirmi?
Bəli, təhlükəlidir. “Smart-Soft” şirkətlər qrupunun baş direktoru Andrey Davidoviçin sözlərinə görə, ictimai Wi-Fi vasitəsilə məlumatlara bir sıra hücum variantları mövcuddur. “İctimai şəbəkəyə qoşulduqda özünüzü qorumaq üçün VPN texnologiyasından istifadə edin”, o deyir.