3 C
Baku
Saturday, December 14, 2024

Kartın nömrəsi ilə bankın adını necə öyrənmək olar?

Bəzi xüsusi hallarda plastik kartın nömrəsi ilə onu buraxan bankın adının öyrənilməsi lazım gəlir. Əlimizdə hazır olaraq tutduğumuz kart axı bütün lazımi informasiyalara sahibdir: nömrə, sahibin adı, bank-emitentin adı, istifadə müddəti. Lakin bəzi hallarda pul köçürməsi həyata keçirəcəyimiz kartın yalnızca nömrəsinə sahib oluruq. Və çox az insan bilir ki, bu nömrədə ödəniş sistemi və bank haqqında bütün məlumatlar şifrələnib.

Kartın nömrəsi nəyi gizlədir?

Standartlara əsasən, bank kartının üzərindəki nömrədə rəqəmlərin sayı 13-dən 19-a qədərdir. Öz kartınızda 16 rəqəm görəcəksiniz. Şübhə etməyin, bütün bu rəqəmlər təsadüfi deyil. İlk rəqəm kartın aid olduğu ödəniş sistemini bildirir. Məsələn:

  • 4 — VISA
  • 5 — MasterCard
  • 3 — American Express

Bunun ardınca isə emitent bankı, kartın tipini (kredit və yaxud debet kart olmasını), kartın statusunu (Classic, Gold, Platinum) əks etdirən rəqəmlər gəlir.

Kartın nömrəsi ilə bankın adını necə öyrənmək olar:

Bankın təyin edilməsinə xidmət edən rəqəm BIN – bank identifikasiya nömrəsi və yaxud Bank Identification Number (BIN) adlanır. Ödəniş kartının BIN-i onun nömrəsinin ilk 6 rəqəmi əsasında təyin edilir.

Kartın nömrəsi ilə bankın təyin edilməsi üçün bu 6 rəqəmi aşağıdakı saytlardan birindən istifadə etməklə BIN məlumat bazasına daxil etmək lazımdır. Məsələn:

Kartın nömrəsi ilə bankın adını öyrənmək nə üçün lazımdır?

Kartın BIN nömrəsi ilə yoxlanması bəzən bank köçürmələri edilən zaman və yaxud kartın ödəniş zamanı qəbul edilməməsi (məsələn, internet mağaza tərəfindən) anında mütləqdir. Kart bazada əcnəbi olaraq təyin edildikdə belə bir vəziyyət yarana bilər. Həmçinin bu məlumat səyahətə yollanmağı və orada otel bron etməyi planlaşdıranlar üşün faydalıdır. Bu hallarda kredit kartı ödəniş üçün qəbul edilməyə bilər. Çünki o sistemdə debet kartı olaraq qeydiyyatdan keçirilib. Onun kredit limiti haqqında isə yalnızca siz və bankınız müəyyən məlumata sahibsiniz.

Bundan əlavə, bəzən kartın səviyyəsini yoxlamaq lazımdır. Görünüş etibarilə Classic və Standard, əslində isə Gold və yaxud Premium ola bilər. Nəyə görə özünüzü bu kart sahibləri üçün nəzərdə tutulmuş imkanlardan məhrum edəsiniz ki?!

 

Son xəbərlər
Digər xəbərlər