Plastik kartlar müasir dövrdə ən rahat ödəniş vasitələrindəndir. Belə ki, insanlar üstlərində nağd pul vəsaitini daşımırlar və bununla rahat ödənişlər edirlər. Bundan başqa plastik kartda olan (yəni həmin hesabda olan pul) məbləği istənilən ölkədə rahat konvertasiya olunaraq həmin ölkənin valyutasında çıxarmaq mümkün olur. Yetər ki, sizin kartınız və həmin kartda lazımi məbləğdə pulunuz olsun.
Bu məqalədə Siz plastik kartlar haqqında daha ətraflı məlumatlar əldə edə bilərsiniz.
Plastik kartlar 2 cür olur: debet kartlar və kredit kartlar
Debet kartlar dedikdə yalnız hesabınızda olan məbləğdən istifadə edə bilirsiz və məbləğ bitdikdə yenidən hesabınıza əlavə vəsait mədaxil etməlisiz.
Kredit kartların isə debet kartlardan əsas fərqli cəhəti ondan ibarətdir ki, orada əlavə kredit limitinin mövcud olması və ondan müəyyən müddətə istifadə etmə imkanı var. Yəni ki sizin 1000 AZN-lik kredit kartınız olarsa bundan hətta debet kart kimidə istifadə edə bilərsiniz. Beləliklə siz ona əlavə 500 azn yerləşdirib istifadə edə bilərsiz və öz vəsaitiniz bitdikdən sonra artıq kredit limitindən istifadə olunmağa başlanacaq. İlk kredit kartları 1914-cü ildə buraxılmışdır.
Bütün plastik kartlar ölçülərinə görə standart, yəni 54×86 mm, qalınlığı isə 1mm-ə yaxın olur.
Plastik kartın üzərində onun sahibinin adı, soyadı, plastik kartın növü, onun seriyası, kartın bitmə tarixi, hansı banka məxsus olduğu göstərilir. Lakin kartın arxa tərəfində isə onun sahibinin imzası (bəzən kartların növündən asılı olaraq şəkildə olur) CVV kodu, hansı şəbəkədə işləyirsə həmin şəbəkənin qaynar nömrələri və müvafiq olaraq bankın adı yazılır.
İlk dəfə plastik kartlara maqnit lent 1960-cı ildə yerləşdirilmişdir. Lakin sonradan bundan daha effektli vasitə olaraq mikrosxemli kartlar tədavülə buraxılmışdır. Bu kartlar 1974-cü ildə icad olunmuşdur. Mikrosxemlər maqnit lentlərə nisbətən daha təhlükəsizdir və informasiyanın oğurlanmasının qarşısını alınmasına yönəldilmişdir.
Hal hazırda plastik kartlardan nəğdsiz ödənişlərin həyata keçirilməsində, onlayn vasitəsi ilə ödənişlərin edilməsində, bankomat vasitəsilə nəğd pula çevrilməsində istifadə olunur. Bundan əlavə bankın müştərilərə təklif etdiyi digər xidmətlərdən də yararlanmaq olar. Məsələn “card to card”, yəni bir kartınızda olan vəsaiti başqa karta köçürülməsi, “sms notification” yəni kartda olan əməliyyatlar haqqında dərhal məlumatın sms vasitəsi ilə əldə olunması üçündür. “MobilBank” xidməti bu da son zamanlar geniş yayılmış xidmətlərdən biridir, belə ki, kart sahibi öz hesabına özü bilavasitə nəzarət edə bilər. Ödənişləri, etdiyi əməliyyatları görə bilər, başqa karta ödəniş o cümlədən digər ödənişləri də həyata keçirə və başqa əməliyyatları həyata keçirə bilər.
Lakin unutmamalısınız ki kartınızda olan məlumatları və ya kartınızı heç kimə verməməlisiniz. Bu zaman hesabınızda olan pul çıxarıla, ya da digər təyinatlar üzrə ödənişlər də istifadə olunaraq sizə maddi ziyan gələ bilər.