2 C
Baku
Saturday, December 14, 2024

Kartları paket halında almağın üstünlükləri

İstifadə etdiyiniz plastik kartlar bütün dünyada yönəldilən universal valyutadır. Siz istənilən ölkədə plastik kartınızla alış –veriş və yaxud bankomatlar vasitəsilə nağd pulunuzu çıxara bilərsiniz. Plastik kartlardan istifadə etdiyiniz zaman siz bir çox üstünlüklər əldə etməyiniz mümkündür. Bildiyiniz kimi bu kartlar üç istqamətdə xidmət göstərir.

  • fiziki şəxslər üşün plastik kartlar
  • nümayəndəlik xərcləri üçün korporativ kartlar
  • maaş kartları

Bankların təqdim etdiyi plastik kartları aldığınız zaman tərəddüd etməyiniz normaldır. Çünki bu zaman sizə 2 cür kart təklif oluna bilər : paket halında təqdim olunan plastik kartlar və ya adi bildiyimiz kredit kartları. Bu zaman isə hər iki tipdə olan kartların fərqini bilmədiyiniz üçün kartlar arasında seçim etməyinizdə çətinlik çəkə bilərsiniz. Bəs paket halında təqdim olunan kredit kartı ilə adi kredit kartı arasındakı fərqi nədir?

Adi kredit kartının sizə hansı üstünlüklər verdiyini bilirsiniz. Lakin təsəvvür edin ki, siz Kredit kartlarını paket halında alarkən , bir kart əvəzinə digərindən heç də az əhəmiyyətli olmayan və istifadədə tamamilə müxtəlif olan dörd kart əldə edə biləcəksiniz. Bu kartlara MasterCard, Visa , Sığorta Kartı və diskont kart daxildir.

Məhz paket halında təqdim olunan plastik kartlar sizin qarşılaşa biləcəyiniz bir çox problemlərin qarşısını alacaqdır. Misal, əgər siz ölkədən kənarda olsanız və sizin kredit kartınız itərsə yaxud kartınız korlandıqda Azərbaycandan uzaqda olduğunuz üçün siz öz kart hesabınız ilə əlaqə yarada bilməyəcəksiniz. Təbii ki, bu da sizin üçün arzuolunmaz bir haldır. Lakin siz bankdan paket halında əldə etdiyiniz kartlar vasitəsilə belə bir situasiya ilə qarşılaşdıqda, itirilmiş kartı bloklaşdıraraq ikinci kartdan istifadə etməklə hesabınızda olan vəsaiti əldə edə bilərsiniz.

Plastik kartınızdan istifadə zamanı belə bir hadisə ilə də qarşılaşa bilərsiniz. Misal üçün siz sadəcə MasterCard əldə etdiyiniz zaman, mağazadan alış-veriş etsəniz və yaxud bankomatdan vasitəsilə nağd pul çıxardığınız zaman POS-terminalda və ya bankomatda yalnız VISA sisteminin və yaxud əksinə ,sizin Visa kartınız olduğu halda qeyd olunan yerlərdə Master Card kartlarının qəbul edilməsi ilə bağlı problemləriniz meydana çıxa bilər. Bununla yanaşı, nadir hallarda bir sistem ilə müvəqqəti əlaqə olmaya bilər. Bu kimi hallarda da siz eyni problemlə qarşılaşa bilərsiniz. Lakin sizin bu zaman paket kartınız olsa siz bu probemi çox asanlıqla aradan qaldıra biləcəksiniz.

Siz paket şəklində kredit kartları əldə etdiyiniz zaman, bank sizə xoşagəlməz hadisələrdən pulsuz olaraq sığortalayacaqdır. Təbii ki, bu zaman siz vaxtınıza və pulunuza qənaət edə biləcəksiniz. Çünki sığorta üçün sizdən əlavə xərc çıxdığı zaman paket halında aldığınız kartlarda siz əlavə sığorta haqqı ödəməyəcəksiniz.

Kredit kartlar paketini aldıqda bəzi banklardan sizə pulsuz diskont kartı verilir ki, siz də bu kart vasitəsilə alış –veriş etsəniz və yaxud hər hansı bir xidmət haqqını ödədiyiniz zaman, sizə güzəştlər tətbiq olunacaqdır.

Qeyd olunan nüanslara nəzər saldıqda bankın hansısa bir məhsulunu əldə etdiyiniz zaman yüz ölçüb bir biçməli olduğunuzu görəcəksiniz. Çünki ola bilər ki, sizin almaq istədiyiniz hansısa məhsul digər bir məhsuldan fərqlənsiz. Bu zaman biraz diqqətli olun ki, daha sərməli məhsulu seçə biləsiniz.

Son xəbərlər
Digər xəbərlər