“Kartların yüklənməsi zamanı sıxlıq müşahidə olunur”

““Bakıkart”ların əksəriyyəti metrolarda vestibüllərdə idi”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. V. Kərimli deyib ki, indi aparatlar yalnız dayanacaqlardadır və burada da kartların yüklənməsi zamanı sıxlıq müşahidə olunur: “İnsanlar davranışlarını dəyişməli, növbəlilik prinsipinə, sosial məsafəyə riayət etməlidir”.

V. Kərimli qeyd edib ki, ekspress xətlər metro istifadəçiləri üçün açılıb: “Ancan ekspress xətlər sərnişinlərin “Xətai”dən “İçərişəhər”ə getməsinə görə qurulmur, bunu da nəzərə almaq lazımdır”.

©APA


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları