13 C
Baku
Saturday, November 23, 2024

Kartmane-nin şərtləri açıqlandı – kartı almağa dəyərmi?

Rabitəbank 19 noyabr tarixində təşkil etdiyi möhtəşəm tədbirində flagman kartı olan Kartmane-nin yenilənmiş şərtlərini təqdim etmişdir. Bu haqqda biz oxucularada məlumat vermişdik. Lakin bu  xəbər verilən zamanıda qeyd edilmişdirki bu kartın şərtləri bazar üçün həddindən artıq yaxşıdır və hətta banka rentabellik baxımdan bizdə müəyyən suallar yaratmışdır.

Biz öz növbəmizdə bu kartın istifadəsində müəyyən limitlərin olmasını gözləyirdik, lakin bunun hansı formada olması haqqında məlumatımız yox idi. Artıq Rabitəbank öz saytında bu şərtləri açıqlamışdır. Odurki, bu şərtlərə bir yerdə baxaq. 

İlkin olaraq qeyd edək ki, qeyd olunnan məhsul həm debet həmdə kredit kart qismindən verilir. Biz Karmanenin sadə debet və kredit kartının bəzi maraqlı parametrlərinə baxacağıq. 

Kartın qiyməti:

Debet və kredit Kartmane kartlarının illik xidmət haqqısı 10 AZN və ya 6 USD/EUR (kart hansı valyutada olmasından asılı olaraq) həcmində müəyyən edilib. Əgər kart hesabı açan zaman minimal olaraq  500 AZN/USD/EUR vəsaiti kartınıza mədaxil edirsinizsə o zaman xidmət haqqı tutulmur. Əgər kartı bir ildən artıq müddətə götürmüsünüzsə və birinci ilin müddəti bitən zaman kartınızın qalığında 500 AZN/USD/EUR varsa və ya ötən bir il ərzində kartınızın dövriyyəsi 3000 AZN/USD/EUR çox olubsa (burada ancaq nağsız ödənişlərinizin həcmi daxildir, karta mədaxil və ya digər əməliyyat daxil deyil) bu haldada növbəti il üçün xidmət haqqı tutulmur. 

Hesabda olan vəsaitə faiz  hesablanması:

Kartmane kartlarında (debet və kredit kartında) hesabda olan 100 AZN/USD yuxarı məbləğlərə əmanətlərdə olduğu kimi faiz hesablanır. Hesablanan illik faiz manat üçün 4% , dollar üçün 0.5% müəyyən olunub. Qalıq vəsaitinə faizin hesablanması avro kartlarında həyata keçirmir. Bu parametr üzrə digər limit hesablanmış faiz məbləğinin maksimal məbləğidir. Manat kartlarında qalıq vəsaitinə hesablanan faiz üzrə maksimal məbləğ 10 000 manat, dollar kartlarında  isə 10 000$ təşkil edir. 

Əslində qeyd olunun funksional bazar üçün olduqca innovativ və cəlbedici olsada, faizin hesablanmasının 100 AZN/USD yuxarı hesablanması limitinin olması düşünürük kartın imkanlarını məhdudlaşdırır. 

Cashback:

Kartın təqdimatı zamanı cashback imkanlarının, daha doğrusu yanacaq doldurma məntəqələrində 10% cashback, restoran və kafelərdə isə 5% cashbackın elan olunması bizi çox təəccübləndirmişdir. Lakin şərtlər açıqlanandan sonra məlum olduki, bu şərtlər aşağıdakı qaydadadır.

  • YDM 10% Cashback – Aylıq minimum 500 AZN dövriyyə edildiyi halda YDM-də xərclənən məbləğlərə şamil edilir.
  • YDM 5% Cashaback – Aylıq minimum 250 AZN dövriyyə edildiyi halda YDM-də xərclənən məbləğlərə şamil edilir.
  • Restoran və Kafelərdə 5% Cashback – Aylıq minimum 800 AZN dövriyyə edildiyi halda, YDM-də qazanılan 10% cashback məbləği ilə eyni zamanda, restoranlarda xərclənən məbləğlərə şamil edilir.
  • Kartmane Debit (AZN Kartları) üçün maksimal aylıq cashback məbləği – 50 AZN

Dövriyyə üzrə tələblər – ATM cash, Pos Cash və Card to Card, kredit ödənişləri, dövlət və kommunal ödənişləri istisna olaraq, digər ödənişlər üzrə dövriyyə nəzərə alınır.

Son xəbərlər
Digər xəbərlər