22 C
Baku
Thursday, October 10, 2024

Kartof Avropanı necə “ələ keçirdi”?

Avropada kartof ilk dəfə hələ XVI əsrin ortalarında peyda olsa da, əhali tərəfindən qida vasitəsi kimi istifadə olunmurdu. Gəzən şayiələrə əsasən kartof dəhşətli xəstəlik yaradırdı. 200 illər ərzində bu “zəhərli” məhsuldan yalnız nüfuzlu şəxslərin geyimini bəzəmək üçün istifadə edilirdi. Əhalini isə ondan qida vasitəsi kimi istifadə etməyə məcbur etmək asan məsələ deyildi. Fransa kralı XVL Lüdovik bir hiyləyə əl atmağa qərara alır: 1787-ci ildə kartof tarlasının yanında silahlı mühafizə qüvvələri yerləşdirilir. Gecə bu mühafizəçilər postlarını tərk edirdilər. Kartof üçün bundan başqa əla reklam düşünülə bilməzdi: kəndlilər gecə tarlaya daxil olmağa və gizli şəkildə kartof oğurlamağa başlayırlar.

Tezliklə ölkədə müharibə və inqilablar baş qaldırır. Yaranmış aclıq vəziyyətində isə əhali əvvəllər sevmədikləri kartofu qida vasitəsi olaraq dəyərləndirməyə başlayırlar.

Prussiya kralı II Fridrix isə bu problemi daha sadə üsulla həll edir. O öz tarlasında kartof əkməkdən imtina edən kəndlilərin burun və qulaqlarını kəsəcəyi ilə hədələyir. Hazırda avropalıların bir neçə əsr öncə bu yüksək tələbatlı məhsuldan necə imtina etdiklərini təsəvvür etmək çətindir. Müasir dövrümüzdə kartof Avropada ən çox istifadə edilən məhsullardan biridir. Belçikada hətta bu məhsulun Amerikadan Avropaya gəlmə tarixçəsini əks etdirən eksponatların olduğu muzey də mövcuddur.

Son xəbərlər
Digər xəbərlər