“Karvan Ticarət Mərkəzi” cərimələndi

İyunun 17-də İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) monitorinq keçirib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliindən məlumat verilib.

Belə ki, keçirilən monitorinqlər zamanı  Binəqədi rayonunda “Catre” MMC-də, Nizami rayonunda “Grandmart” ticarət obyektində,  Sumqayıt şəhərində “Karvan Ticarət Mərkəzi”ndə,  ümumilikdə 19 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.