Karyera lifti: Yeni ildə bütün xəyallarınızı bir qələm və kağız parçasının köməyi ilə gerçəkləşdirin

Qarşıdan gələn il üçün yeni hədəflərin siyahısını yazmaq və dekabrın 31-də əlinizdə qələm ilə ona bir daha göz gəzdirmək – şəxsi effektivlik üçün faydalı vərdiş, yoxsa paranoyya? Forbes sahibkarlar və menecerlərdən onların ilin sonunda şəxsi, habelə iş ilə bağlı əldə etdikləri nəticələri təhlil edib-etməmələri və bunun karyera və biznesdə yeni zirvələrə çatmağa  köməkçi olun-olmadığını soruşdur. 

Hər il dekabrın iyirminci günü PR Partner reklam agentliyinin baş direktoru İnna Anisimova masa arxasında oturub əlinə qələm götürərək, “balans çarxı” nı çəkməyə başlayır. Bu, fərdi effektivliyi artırmaq üçün bir məşqdir: Anisimova çəkdiyi “balans çarxı” nı bir neçə sahələrə bölür (ailə, iş, sağlamlıq və s.) və onlardan hansılarına kifayət qədər vaxt ayırdığını qeyd edir. Bu cür vizuallaşdırma sayəsində gələn ildə hansı sahələr üzərində daha çox işləmək lazım olduğu aydın görünməyə başlayır. 

SuperJob araşdırmasının nəticələrinə görə, bu il 4 min respondentin 57%-i yazılı, şifahi, sosial şəbəkədə və ya başqa bir şəkildə təhlil aparacaqlar. Bu nədir? Özünü inkişaf etdirmə praktikasında yeni trend, yoxsa Facebook-dakı virtual dostların qarşısında lovğalanmaq istəyi? 

MDB ölkələrindən fərqli olaraq, ABŞ-da bu təcrübə artıq adiləşib. “Əgər geriyə dönüb baxmasaq, necə irəliləyə bilərik”, – deyə Fast Company biznes-jurnalına verdiyi müsahibədə karyera mütəxəssisi Keti Sendler bildirir. Onun sözlərinə görə, Yeni il ərəfəsi təhlil aparmaq və gələcək planlar qurmaq əla fürsətdir. Mütəxəssis həyatın hər sahəsinə dair bir neçə sual verməyi tövsiyə edir, məsələn, hansı məqsədlərə nail ola bilmişiniz, hansılara isə yox. 

Əslində, təhlil aparmağın və plan qurmağın metodikaları çoxdur. Onlardan biri İnternetdə geniş yayılmış “İnsan həyatında 100 məqsəd” adlanır. Metodika bloknotda 100 arzu yazmağı və onların son iyirmisinə xüsusi diqqət yetirməyi təklif edir – bir qayda olaraq, son 20 arzu qlobal olur, çünki beynimiz ilk dəqiqələrdə bizə gündəlik (məişət ilə əlaqəli) istəkləri dikdə edir. Növbəti 12 ay ərzində bu 20 punktu rəhbər tutmaq lazımdır, ilin sonunda isə siyahıya yenidən qayıdın və onlardan neçəsini tamamlaya bildiyinizi qiymətləndirin. 

Ayın 31-ni gözləməyin

Pharmedu portalının idarəedici direktoru Tatyana Xodanoviç bu siyahını il ərzində bir neçə dəfə yeniləyir – dekabrda, martda və Yeni il ərəfəsində. Mafin İT platformasının baş direktoru Aleksey Timonin isə dekabr refleksiyasını “lazımsız simvolizm” hesab edir və hədəflərin yerinə yetirilməsini hər ayın son bazar günü təhlil etməyi təklif edir. “Nə isə etmək lazımdırsa, onu dərhal etməlisiniz, hər hansısa tarixi gözləməməlisiniz. Məncə, dekabr ayının axırı noyabr və ya oktyabr ayının axırından heç nəyi ilə fərqlənmir”, – Timonin qeyd edir. 

İlin nəticələrinin işlənib hazırlanması müxtəlif şəkildə ola bilər – yazılı, şifahi, və s. Qeyd edək ki, çoxları ənənəvi metoddan istifadə etməyi üstün tutur. Lakin burada da istisna hallar var. Məsələn, gələcək hədəflərinizi korporativdə bütün iş yoldaşlarınızın qarşısında səsləndirmək, sosial şəbəkə hesabınızda motivasiya edici post yazmaq. 

Endorfin hormonunun təqibi
İlin şəxsi nəticələrinin təhlilini aparmağın mənası varmı, yoxsa əsas məqsəd iş yoldaşlarınız qarşısında lovğalanmaqdır? Forbes jurnalının sorğuladığı işçi və idarəçilərin çoxu bu təcrübəni karyeranın motivasiya, effektivlik, dərketmə və özünüqiymətləndirmə kimi ünsürlərinin inkişaf etdirilməsi üçün əhəmiyyətli hesab edir. Expert MeKapibara-nın rəhbərləri qeyd edirlər ki, ilin sonunda təhlil apardıqdan və gələcək hədəfləri müəyyən etdikdən sonra motivasiya artır, insan özünü daha güclü və potensiallı hiss etməyə başlayır. Məsələ orasındadır ki, nail olduğunuz hədəflərin qarşısında “quş” işarəsini qoyduqda, orqanizmdə Endorfin – xoşbəxtlik hormonu ifraz olunmağa başlayır. 

Çalışın bütün diqqətinizi il ərzində yol verdiyiniz səhvlərə deyil, əsas nailiyyətlərinizə yönəldəsiniz. Mütəxəssislərin fikrincə, bu karyera pilləkəni üzrə irəliləməyin ən yaxşı üsullarından biridir. 

Narahat olanlar üçün həb

Nəticələr çıxarmaq ənənəsinin kökləri insanın psixikasındadır, psixoloq-terapevt Mariya Rudakova yazır: “Daxilimizdə belə bir proqram quraşdırılıb: doğuş, inkişaf, apogey, azalma, sona çatma. Biz bu struktura istədiyimiz hadisələri daxil edə bilərik, çünki bununla rahatlıq tapırıq. Narahatlığın səviyyəsi azalır – biz hansı nöqtədə olduğumuzu bilirik”. 

Onun sözlərinə görə, təhlil etmə və planlaşdırma təcrübəsi insanlar üçün terapiya kimidir. “Öz nəticələrimizi təhlil edərək, özümüzü gördüyümüz işlərə görə tərifləməyə başlayırıq. Bu, özünüqiymətləndirməyə təsir göstərir”. 

Bildiyimiz kimi, insanlar fərqlidir və kimsə bunu ildə bir dəfə, kimsə isə hər gün edir. Psixoloqların fikrinə, sağlam insan vəzifələrin öhdəsindən gəlməyi bacarmalıdır, narahatlıq hiss etməməlidir. Məhz buna görə də hər gün plan qurmağın demək olar ki, heç bir mənası yoxdur. 

Niyə məhz Yeni il? Cavab çox sadədir – vaxt çoxluğu. Yeni il bayramından öncə və bir neçə gün sonra iş yoxdur, bundan istifadə edərək insanlar dərin təhlilə başlayırlar. Qeyd etmək lazımdır ki, bunu Yeni il ərəfəsində deyil, doğum günündə edənlər də var. Məsələn, BestDoctor şirkətinin rəhbəri. O, 60 illik həyat planını hələ məktəbli ikən yazmışdır, bu plan 10 maddədən ibarət idi – əsas hədəflər və istəklər. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları