10 C
Baku
Sunday, December 22, 2024

Karyera yolu: MBA yoxsa magistratura?

Bəzən diplomdan sonra olan kursların siyahısı çaşqınlığa gətirə bilər. Siz MBA-nı nəzərdəb keçirirsiz? Bu halda xüsusi kurslar, məsələn, MBA neft və qaz sənayesində yaxud şərab menecmenti barədə düşünməyə dəyər.

Bəlkə də təbiət elmləri magistri daha uyğun peşədir? Belə halda, nəyin üzərində dayanaq? Maliyyə? Beynəlxalq menecment? Bəlkə birdən sizin gələcəyiniz – fəlsəfə elmləri doktorudur? Bunların hansı sizə arzuolunan müvəffəqiyyəti gətirəcək?

Banklar və  konsaltinq agentlikləri sağa-sola biznes təhsili təbliğ edirlər və elit biznes məktəblərə yeni liderlər və rəhbərlər gözlədikləri barədə bildirirlər. Və tamamilə aydındır ki, onlara parovozun qarşısında gedən peşəkar personal lazımdır. Eyni zamanda, ildən ilə biznes məktəblərin məzunlarına tələbat artımı müşahidə olunur. Lakin əsas sual budur: məhz Sizə nə lazımdır?

Karyera yolu

Əvvəlcə öz gələcək peşə planlarınız barədə düşünün. Lakin unutmayın ki, bu öhdəçilik deyil, siz hər zaman istiqaməti dəyişə bilərsiz. Çox sayda fəlsəfə elmləri doktorları hətta hadisələrin belə inkişafı barədə diplomdan sonrakı təhsilə qəbul olduqlarına kimi düşünməmişlər. Bunun kimi, MBA-nı bitirdikdən sonra akademiyada oxumaq barədə düşünərək, karyeranın inkişafına təkan vermək məqsədi güdənlər də vardır.
Siz gələcəyinizi planlaşdıranda unutmayın ki, ilk addımlar ən mühüm addımlardır. MBA-nı hansı tip insanlar seçəcək və bu zaman ən yaxşı magistr proqramlarından imtina edəcəklər? MBA əsasən artıq iş təcrübəsi olanlara, magistr kursları isə iş stajı olmayanlara  nəzərdə tutulub. MBA proqramları üzrə dekan köməkçisi və İspaniya İE Business School biznes məktəbinin strategiya üzrə professoru Devid Beç (Devid Bach) qeyd edir ki: “Bəzi məktəblər MBA proqramlarına az iş təcrübəsi olan tələbələri seçərək qəbul edir, lakin onların əmək stajı üç ildən az olmamalıdır”.

MBA-ya ambisiyalı gənclərin maraqları, biznes məktəblərə az iş təcrübələri olan tələbələr kateqoriyası üçün daha uyğun proqramlar tətbiq etməyə vadar edir. Və məhz bu andan magistr proqramlarının ulduz saatı başlayır. London İmperial College nəzdində Tanaka Buisness School-un Full Time MBA proqramı üzrə direktoru Saymon Stikli (Simon Stocley) təsdiq edir ki, – “Hal hazırda gənclər universiteti bitirdikdən sonra daha çox halda dərhal biznes məktəbə daxil olmaq istəyirlər. Buna görə biz iş təcrübəsi tələb etməyən, təbiəy elmləri üzrə magistr kursu çərçivəsində menecment üzrə proqramlar təklif etməyə başladıq”.

Tədris tərzi

MBA və magistr proqramlarının müxtəlif hədəf və tədris tərzi mövcuddur.  Bəli, magistr kursları məzunları menecmentin əsasları ilə tanış edir, lakin tam başqa yanaşmadan istifadə edirlər.  MBA, komanda işinə vurğu edir, hər bir tələbənin akademik prosesin zənginləşdirməsinə, onun öz tələbə yoldaşlarından öyrənməsinə, əlaqələrin bağlanması və ünsiyyət qabiliyyətinin inkişafına, çalışır.  Bu səbəbdən, siz bu tərzin sizə uyğun olmadığını hiss etdikdə, daha didaktik magistr proqramlarını nəzərdən keçirə bilərsiz.
Ola bilər ki, siz ilk andan ixtisaslaşdırmadan başlamaq istərdiniz. Əgər siz ilk mərhələdən coşqunluqla karyera sıçrayışı etmək istəyirsiniz və riyaziyyat sizin sevimli fənninizdirsə, eyni zamanda idarəetmə və kommunikasiyalar sizi təşvişə salırsa, bu halda təsəvvür edək ki, maliyyə üzrə magistr proqramı sizin ideal seçiminiz olardı. Analoji olaraq, siz menecmentlə tanış olmaq istəyirsinizsə, lakin MBA hazır deyilsiniz, bu halda menecment üzrə magistr proqramı məhz sizin üçün hazırlanıb.

Gələcək liderlər

Bu ifadə biznes mühitdə əhəmiyyətli dərəcədə iş təcrübəsini nəzərdə tutur. Saymon Stoklinin (Simon Stockley) qeyd etdiyi kimi: – “Nüfuz – vacib amildir. Əsaslı surətdə tədqiqat aparmalı və daha çox uyğun gələn məktəbi tapmaq lazımdır”. Sinqapurun OCBC bankının əməkdaşı Jasinta Lounun (Jasinta Low) sölərinə görə, MBA-nın məzunlarına gələcək yeni nəslin liderləri kimi baxırlar. Bununla belə, onların iş təcrübəsi onları yeni məzunlarla müqayisədə, daha sabit və yetkin edir.

Buna görə də, hər zaman öz gücünüzü nəzərə alın, son məqsədləri düşünün, uyğun olan istiqamət tərzi seçin və öz karyeranızı erkən mərhələdən planlaşdırmağa başlayın.

www.deccanchronicle.com materialları üzrə

Son xəbərlər
Digər xəbərlər