2 C
Baku
Saturday, December 14, 2024

Karyerada irəliləməyə mane olan 9 keyfiyyət

  1. İdarə olunan olmaq

Bir tərəfdən, belə işçilərə qarşı rəğbət göstərməmək çətindir. Rəhbərlik və hətta vicdansız iş yoldaşları belə daim onlardan öz məqsədləri üçün istifadə edirlər. 

Digər tərəfdən, bu yumşaq və tez uyğunlaşan insanlar qıcıq yaradırlar. Hər şeylə razılaşan, narazılığını ifadə etməyi bacarmayan və cəsarəti olmayan insanın yüksək vəzifə tuta biləcəyi ehtimalı azdır. 

  1. Hadisənin “qurbanı”

Peşəkar qurbanlar elə görünməsələr də, həmkarlar onlara rəğbət bəsləyirlər və dəstəkləyirlər. Lakin zamanla məlum olur ki, qurban olmaq qısamüddətli bəxtsizlik deyil, həyat tərzidir. 

Adətən qurbanlar məsuliyyətdən yayınırlar və daim şikayətlənirlər. Onlar üçün yolundakı hər bir maneə, 24 saat boyu danışmağa hazır olduqları açılmaz çətinlikdir. 

  1. Qorxu hissi

Qorxu – kütlələri idarə edə biləcək güclü qüvvədir. Qorxaq işçi və ya hətta spiker adətən irrasional hərəkət edir. 

Qorxaq işçilər səhvlərini düzəltmək əvəzinə, həmkarları günahlandırır və ya çatışmazlıqları gözardı edirlər. Bütün bunlar onların və ümumilikdə kollektivin işinə mənfi təsir göstərir. 

  1. Həmişə üzr istəmək

Heç vaxt digər insanlardan üzr istəməyən və özünü başqalarından üstün hesab edən insanlar xoş təəssürat yaratmırlar. Lakin səbəbsiz olaraq üzr istəyənlər daha qıcıqlandırıcıdır. 

Lazımsız üzrlər eşidilmək şansını azaldır, bu cür insanlar qətiyyətsiz, passiv və qorxaq olurlar. Məhz buna görə də karyera yüksəlişi onlar üçün qeyri-realdır. 

  1. Sprinter

Sprinterlər uğursuz olduqlarını iddia edərək, məğlubiyyətlərin səbəbini fürsətlərin olmamasında görürlər. Lakin uğur sadəcə bəxt deyil, əziyyətli işdir. 

Onlar adətən qısa yüz metrlik məsafə deyil, marafon qaçmalı olduqlarını başa düşmürlər. Buna görə də, layihə üzərində işin ikinci günü artıq “qaynamağa” başlayırlar. Nəticədə, sprinterlər ağıllarında olan hədəfə çata bilmirlər. 

  1. Tez əsəbləşmək və ya temperamentli olmaq

Tez əsəbləşən işçilər bütün duyğularını həmkarlarının üzərinə “tökməyə” meyllidirlər. Və bunun sevinc, kədər, qəzəb və ya səbirsizlik olub-olmamasının fərqi yoxdur. Belə insanlar əmindirlər ki, onların “bu cür” olmalarının əsas səbəbkarı həmkarlardır. 

Tez əsəbləşən işçilərlə normal münasibət qurmaq və effektiv işləmək mümkün olmur. Çox vaxt komanda onları xoş qarşılamır. 

  1. Təkəbbürlülük 

Təkəbbürlü insanlar vaxtını boş yerə itirmiş ola bilərlər – həm öz vaxtını, həm də bizim vaxtımızı. Problem ondadır ki, tənqidlə üzləşdikdə, onlar tamamilə lazımsız şeylər etməyə başlayırlar. 

Kənarda belə insanlar özünə inamlı görünürlər, amma əslində bu belə deyil. Nəticədə, təkəbbürlü olan insan böyük səhvlərə yol verir və bu ona karyerada yüksəlməyə mane olur. 

  1. Mühafizəkar olmaq

Mühafizəkarlar gerçəkliyi obyektiv qiymətləndirə bilmirlər. Zaman və tərəqqi daim hərəkətdədir, yeni yanaşmalar meydana gəlir. Mühafizəkarlar keçmişdə yaşayırlar. Onların bacarıqları inkişaf etmir. 

Nəticədə, belə bir insan hər bir yeniliyə “Həmişə belə edirdik, niyə özümüzdən nəsə kəşf edək ki?” cavab verdiyi üçün karyerada yüksələ bilmir. 

  1. Dementor

Harri Potterin filmində dementorlar müsbət emosiyalarla qidalanan, kabus və qorxulu xatirələri isə insana buraxan sehrli varlıqlardır. 

İş kollektivində də eyni personaja rast gəlmək olar. O, həmkarlarını baxışları ilə qorxudur, ətrafına neqativ yayır və ancaq deyinir. Belə bir insanlara səmərəli işləmək demək olar ki, mümkünsüzdür, çünki onun pessimizmi yalnız epidemiya nisbətlərinə çatır və onunla münasibətdə olan insanların əhval-ruhiyyəsi yox olur. 

Son xəbərlər
Digər xəbərlər