BANKER.AZ/ İlon Mask milyarder statusunu daşısa da, hal-hazırda pul çatışmazlığı problemini yaşayır.
Nə baş verdi?
Keçən il Mask və drayver Vernon Ansvort arasında qalmaqal olmuşdur və bu məsələni həll etmək üçün milyarder 55 min dollar pul xərcləmişdi. Məhkəmə prosesi zamanı Tesla rəhbərinin vəkilləri, milyarderin “maddi cəhətdən likvid olmadığı” nı göstərən sənədləri təqdim etmişdilər. Məişət dilinə tərcümə etsək, belə çıxır ki, İlon Maskın məhkəmənin təyin edəcəyi kompensasiyanı ödəmək üçün kifayət qədər pulu yoxdur.
Bloomberg-in verdiyi məlumata görə, milyarderin sahib olduğu aktivlərin dəyəri 23,7 milyard dollar cuvarındadır. Bir vaxtlar Mask Tesla-da maaşdan imtina etdi və demək olar ki, yalnız səhm şəklində kompensasiya paketini alırdı. Nəticədə onun kapitalının böyük hissəsi iki şirkəti səhmlərindən (ikincisi – SpaceX) ibarət oldu.
Bu aktivləri nağd pula satmaq çətindir, hətta mümkünsüzdür. Vəzifəsi yüksək olan rəhbərlər belə bir problemlə tez-tez üzləşirlər, lakin Maskın düşdüyü vəziyyət qat-qat ağırdır. The New York Times-ın 2018-ci il hesabatına görə, həmin ildə Tesla-nın baş direktorunun qazancı 2,3 milyard dollar təşkil edib.
Məsələ orasındadır ki, kompensasiya almaq üçün şirkət müəyyən göstəricilərə gəlib çatmalıdır. Tesla bu maliyyə məqsədlərinin bir çoxuna artıq nail olunub, lakin hamısına yox.
Siz hələ də təəccüblənirsiniz?
Mask və Tesla arasındakı münasibətlər çox mürəkkəbdir, buna görə də top-menecerlərin əmək haqqını hesablamaq mümkün olmur. Kağız üzərindəki milyardlarla faktiki gəlir arasındakı uyğunsuzluğun səbəbi, ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) hesabatlarda top-menecerlərin hələ almadığı səhmləri və opsionları göstərməsidir.
Rəhbərlərin əksəriyyəti kompensasiyanın böyük hissəsini opsion şəklində alırlar. Çox vaxt bu səhmlər və ya opsion qrantlar müəyyən müddətdə direktorlar üçün əlçatmaz olurlar. Və ya Tesla-dakı kimi – şirkət lazımi göstəricilərə əldə etməyənə qədər.
İlon Maskın maaşı necə hesablanır?
Media İlon Maskın nəhəng gəlirləri haqqında danışdıqdan sonra, Tesla nümayəndələri onun kompensasiyasının nəticəliyə görə aldığı mükafatdan ibarət olduğunu bildiriblər. “Bu mükafat risk altındadır və Tesla-nın bazar kapitallaşmasının təqribən 40-100 milyard dollar arasında ikiqat artması kimi iddialı göstəricilərə bağlıdır. Nəticədə, mükafatın İlon Maskın kompensasiyası birbaşa Tesla və səhmdarlarının uzunmüddətli uğurları ilə əlaqəli olduğunu söyləyə bilərik. 2018-ci ildə İlon Mask heç nə qazanmayıb”, – deyə şirkətin nümayəndələri dəqiqləşdirirlər.
İlon Maskın maaşını kəsmək planını necə təsvir etmək olar? Milyarderə yaxın olan mənbəyə görə, 2018-ci il müqaviləsinin şərtlərinə uyğun olaraq Tesla-nın direktoru “şirkətin 20 264 042 adi səhmini almaq üçün on illik opsion almalı” idi. Lakin bu yalnız bir halda baş verə bilərdi: şirkətin bazar kapitallaşması, gəlir və rentabelliyi artsaydı.
Səhmlər və gəlirlər
Əslində, mükafat almağın şərtləri bir neçə mərhələdən ibarətdirlər. Birincisi, şirkətin kapitallaşması 100 milyard, gəliri 20 milyard, mənfəəti isə 1,5 milyard dollara çatmalıdır. 2019-cu ildə Tesla-nın mənfəət və zərər hesabatına görə, şirkət bu göstəricilərə çata bilmişdir. İkincisi, illik gəlir 35 milyard dollar təşkil etməlidir (və ya 3 milyard dollarlıq mənfəət). Görünür, İlon Mask bu il bir sent belə qazana bilməyəcəkdir.
Qaydalarının bu qədər sərt olmasının səbəbi nədir?
“Bu sxem İlon Maskı Tesla-da qalıb rəhbər vəzifələrini davam etdirməyə və işinə lazımi qədər enerji və vaxt sərf etməyə motivasiya edəcək”, – deyə şirkət The Times-a bildirib.
Eyni zamanda, şərhçilərin bir hissəsi kompensasiya paketinin qeyri-adi xarakterini qeyd etdilər. Troy Bulverton Business Insider-ə verdiyi müsahibədə bildirib ki, İlon Mask Tesla səhmlərinə nəzarət etdiyindən, şirkətin bazar kapitallaşmasını artırmaq üçün güclü stimullara sahibdir.
“Bundan əlavə, keçmiş səhm opsionlarından baş direktora verilən kompensasiyaların böyük əksəriyyəti, Performance Award 2012 və Performance CEO 2018 mükafatı da daxil olmaqla, gələcək fəaliyyət üçün stimul oldu”, – Tesla Maskın nəticəyə əsaslanana kompensasiyalarının xarakterini təsdiq edir.
Pul yoxdur, lakin siz ruhdan düşməyin
Ödənilməmiş kompensasiyadan əlavə, İlon Maskın paketinə 56 380 dollarlıq əmək haqqı daxildir. Bu məbləğ Kaliforniya ştatının müəyyən etdiyi minimumdur. Tesla bildirir ki, rəsmi maaşından imtina edən milyarder “2018, 2017 və 2016-cı illərdə müvafiq olaraq 56.380 dollar, 49.920 dollar və 45.936 dollarlıq maaşını hələ də almayıb”.
Equilar şirkətinin direktoru Kortni Yu, rəhbərlərin mükafatlandırılması məsələlərinə baxır. Mütəxəssis ExxonMobil idarəçilərini qeyri-şəffaflığın nümunəsi kimi göstərib. Məsələn, 2017-ci ildə şirkətin baş direktoru olan Darren Vuds, kompensasiyanın 29%-ni almışdır (17 milyon dollar), lakin məsələ orasındadır ki, 2008-2017-ci illərdə orta əmək haqqı göstərilən məbləğin cəmi yarısını təşkil edib.
Sizcə, İlon Maska paxıllıq etməyə dəyərmi? Bu sahibkar öz ətrafında sağlam avantürizm, fantastik layihələr və uğurlu biznes atmosferini yaradıb. Reallıq və top-menecerlərin maaşını əks etdirən statistika isə tamamilə fərqlidir – çox vaxt baş direktorlar özlərini göstərdikləri qədər zəngin deyillər. Lakin, xüsusilə MDB ölkələrinin şirkətləri ilə müqayisədə, Amerika korporasiyalarının yüksək səmərəliyinin tərkib hissələrindən biri də məhz bu kimi nüanslardır.