13 C
Baku
Friday, April 19, 2024

Kasıb olduğuna görə oğrulardan üzr istədi

Evinə oğru girmiş Böyük Britaniya sakini oğrulara bir qeyd yazmış və onu evinin giriş qapısından asmışdır. 36 yaşlı Keyt Barret evində belə az miqdarda dəyərli əşya olması səbəbilə oğrulardan üzr istəmişdir. Həmçinin qadın oğrulardan geri dönmələrini və “video və audiokasset kolleksiyasını” aparmağı xahiş etmişdir. 

Barret qeydin mətnini öz twitter hesabında paylaşmışdır. Qadın bu qeyd də həmçinin oğruların aparmadığı əşyaların siyahısını da tərtib etmişdir. Oğrular Ericsson markalı mobil telefonu, SmashHits jurnalının bir neçə köhnə nüsxəsini və Rolf Harris tərəfindən imzalanmış fotonu aparmamışdılar. Bunların əksinə olaraq isə oğrular evdən bir neçə dəyərli əşya oğurlamışlar. Bunlar sırasında qol düymələri, qızıl saatlar, Canon fotoaparatı, zinət əşyaları, ütü fen və nağd pullar var.

Həmçinin britaniyalı qadın hər yerdə çoxlu sayda barmaq izi qoyduqları üçün oğrulara minnətdarlığını bildirmişdir. Polis hazırda cinayətlə bağlı tədqiqat aparır. Hazırda hadisə ilə bağlı şübhəli şəxslərin saxlanıb saxlanmaması barədə məlumat verilmir.

Son xəbərlər
Digər xəbərlər