Kasıb ölkələrə 2.3 mlrd. doza vaksin ayırır

“Böyük Yeddilər” (G7) inkişaf etməkdə olan ölkələrə 2022-ci ilin sonuna qədər 2,3 milyard doza vaksin ayıracaq.

APA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, bu barədə qərar İngiltərədə Kornuoll qraflığında keçirilən G7 sammitində qəbul edilib.

Bu vaksinlərin əksəriyyəti COVAX platforması üzərindən paylanacaq.

Bu gün keçirilən mətbuat konfransında Almaniya Baş naziri Angela Merkel bildirib ki, pandemiyaya ancaq qlobal səylə qalib gəlmək olar: “Pandemiyadan çıxış yolu vaksindir. Biz dünən bu məsələni geniş müzakirə etdik və 2022-ci ilin sonuna qədər inkişaf etmiş ölkələrə 2,3 milyard doza vaksin ayrılmasına qərar verdik”.

A. Merkel dünya ölkələrini Ümumdünya Səhiyyə Təşkilatına kömək etməyə və COVAX platformasını möhkəmləndirməyə çağırıb: “Almaniya COVAX çərçivəsində kasıb ölkələrə 350 milyon doza vaksinin ayrılmasını maliyyələşdirir”.

Almaniya Baş naziri vaksinin istehsal coğrafiyasını genişləndirməyə çağırıb və Afrikada vaksin istehsalına başlanılmasını təklif edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.