7 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

Kasıb ölkələrin xarici borcu rekord 860 milyarda çatıb

2020-ci ildə aşağı gəlirli ölkələrin borc yükü 12 faiz artaraq rekord 860 milyard dollara çatıb.

Banker.az xəbər verir ki, bu barədə Dünya Bankı məlumat verib. Bildirildiyi kimi, aşağı və orta gəlirli ölkələrin ümumi xarici borcu isə 5.3 faiz artaraq 8.7 trilyon dollara yüksəlib. Eyni zamanda bu ölkələrin xarici borcun ümumi milli gəlirə nisbəti də pisləşib: əgər 2019-cu ildə 37 faiz idisə, 2020-ci ildə 42 faiz olub.

“Pandemiyadan əvvəl də bir çox aşağı və orta gəlirli ölkələrdə iqtisadi artımın yavaşlaması, dövlət və xarici borcun yüksəlməsi müşahidə olunub”, – deyə Dünya Bankı əlavə edir.

Mütəxəssislərin fikrincə, COVID-19 pandemiyası şəraitində görülən tədbirlər bu tendensiyanı daha da gücləndirib. Qeyd edək ki, Rusiyanın xarici borcu göstərilmiş dövr ərzində 2 faiz düşüb və 475.5 milyard dollar təşkil edib.

Son xəbərlər
Oxşar xəbərlər
X