6 C
Baku
Sunday, December 15, 2024

Kasıb ölkəni çiçəklənən dövlətə çevirmək: Sinqapurun ilk baş nazirinin müvəffəqiyyət sirləri


SİNQAPURUN ilk baş naziri olan Li Kuan Yu ölkədə rüşvətxorluq və mafioz qrupların hökmranlığı kimi böyük problemlərin qarşısını alaraq, “iqtisadi möcüzə” yaratmağa müvəffəq oldu. Sinqapur Malayziyanın tərkibindən 1965-ci ildə çıxmışdır. O, kasıb və korrupsiyalaşmış bir dövlət idi. Lakin, buna baxmayaraq, Sinqapurun 30 ildir bütün dünyaya nümayiş etdirdiyi proseslər də məhz həmin dövrdə başlamışdır. Bu gün Sinqapur “Şərqi Asiyanın pələngləri”dən biri sayılır, ondan başqa bu siyahıya Hong-Kong, Cənubi Koreya və Tayvan daxildir. 

Li Kuan Yu buna necə nail olmağı bacarıb?

1. Sərmayədarları cəlb etmək

Yoxsul ölkənin baş nazirinin qarşısında duran əsas sual bu idi: pulu haradan əldə etmək olar? Li Kuan Yu London İqtisadiyyat və Siyasi Elmlər Məktəbini fərqlənmə ilə bitirib və o, biznesmen kimi düşünürdü: ən yaxşı variant sərmayədarlardır. Nəzərə almaq lazımdır ki, Sinqapur resurs və ya geniş ərazi ilə fərqlənən ölkələrdən biri deyildi. Bəs belə olduqda, sərmayədarları nə ilə cəlb etmək olar? Əslində, Sinqapur bu gündə dünyanın ən kiçik ölkələrindən biridir, lakin bu onun inkişafına mane olmur. 

Li Kuan Yu sualın cavabını potensial sərmayədarların sorğularında axtarırdı. Sinqapur onlara təklif edə bilərdi: vergi və ixrac güzəştləri, logistika baxımından əlverişli geolokasiya, ucuz iş qüvvəsi, biznesin inkişafının ilkin mərhələsində dövlətin dəstəyi. 

singapur istoriya 1 1542121530 e1542175324336
Sinqapur 80-ci illərə qədər

Baş nazirin əsas məqsədi “müştərini” ölkəyə cəlb etmək və onda maraq oyatmaq idi. Və bu plan uğurlu oldu və sərmayədarlar Sinqapura sərmayə etməyə başladılar. Sərmayədarlar Sinqapuru dünya liderinə çevirən elektronika sənayesinin əsasını qoyublar. 

2. Zərər verən sahələri əsirgəməmək 

Xarici sərmayədarların gəlişindən sonra Sinqapurun yerli istehsalçılar bir sıra problemlərlə üzləşməyə başladılar. Li Kuan Yu qərar verdi: zərər verən sahələri əsirgəmək olmaz. 

Xüsusilə də gömrük rüsumlarının ləğvi ilə əlaqəli sual ortaya çıxdı. Səlahiyyətlilər yerli maşın zavoduna və digər müəssisələrə dəstək olmaq məqsədilə xarici avtomobillərə gömrük rüsumu tətbiq etmişdilər. “Mercedes-Benz” şirkətinin maliyyə direktoru bu məsələ ilə bağlı qərarın qəbul edilməsində böyük rol oynayıb. 

singapur istoriya 2 1542121530 e1542175349323Li Kuan Yu gömrük rüsumlarını ləğv etdi. Yerli maşın zavodu dünya nəhəngləri ilə rəqabətə tab gətirə bilməyib müflisləşdi

Sosial və siyasi cəhətdən yerli istehsalçıları dəstəkləməkdən imtina etmək çətin olsa da, iqtisadi cəhətdən özünü doğrultdu. 

Biznesə gəldikdə, bunu zərər verən obyekti bağlamaq qərarı ilə müqayisə etmək olar. Düzdür, kimsə işdən çıxarılacaq, bəzi planlar və ambisiyaları unutmaq lazım gələcək. Lakin bu, gəlirsiz və perspektivsiz sahəni sürükləməkdən yaxşıdır. 

İşdən çıxarılan işçilər yerli işəgötürənlərdən daha cəlbedici şərtlər təklif edən sərmayədarlarla işləməyə başladılar. Onların sahib olduqları müəssisələr yerli obyektlərlə müqayisədə daha çox qazanc gətirirdi. 

Dövlət üçün vergi gəlir deməkdir. Uğurlu müəssisələr büdcəni doldurur və oradan bir qəpik belə xərcləmirlər.

3. Xəsislik etməmək

Sinqapurda sərmayədarlar üçün əlavə “güzəştlər” dən biri də aşağı vergi oldu və bu tendensiya bu gün də davam edir. Ölkədə biznesə qoyulan maksimum vergi yükü 27,1% təşkil edir (inkişaf etmiş ölkələrdə 47%, Böyük Britaniyada 32%). Bu baxımdan Sinqapur yalnız BƏƏ-dən geri qalır.

4. Qaydalarda istisnalara yol verməmək

Vəzifəyə gəldiyi ilk gündən Li Kuan Yu ön plana qanunu çəkmişdir. Sinqapur qanunverici sistemini İngiltərənin müstəmləkəsi olduğu dövrdən miras alıb. Li Kuan Yu ingilisdilli çinlilər ailəsində böyüyüb, ingilis məktəbini bitirib və ingilis mədəniyyəti içində tərbiyə olunub. Bildiyimiz kimi, ingilis ənənəsində qanuna hörmət və qanun qarşısında bərabərlik birinci yerdədir, buna görə də Li Kuan Yu ingilis hakimiyyətindən miras qalmış hüquq sistemində heç bir dəyişiklik etmədi.

Dövlət qulluğunda bu, seçilmişlərin olmaması demək idi. Rüşvətxorluqda yalandın? Qanuna uyğun olaraq cavab ver. Və sənin kimin qohumu olmağın və ya daha əvvəl hansı imtiyazlara sahib olmağın heç nəyi dəyişmir.

2 1542175275Cənub-Şərqi Asiya ölkələrinin əsas problemlərindən biri də mafioz qruplaşmalar idi, onlara triadalar da deyirdilər. Əlbəttə ki, mafioz qruplaşmalar ölkədə böyük rol oynayırdılar. Sinqapur hökuməti bu problemlə sərt şəkildə mübarizəyə başladı və bu gün ölkənin belə bir problemi yoxdur. Rüşvətxorluq olmadıqda mafioz qruplar da tədricən yox olmağa başlayırlar.

5. Motivasiya etmək, motivasiya etmək və yenə motivasiya etmək

Dövlətin vətəndaşları, biznesin isə işçiləri vardır. Onlar arasındakı fərq yalnız ondadır ki, vətəndaşların dövlət qarşısında daha çox öhdəlikləri var. Başa düşmək lazımdır ki, həm işçilər, həm vətəndaşlar motivasiyaya ehtiyac duyurlar. 

Məmurlar üçün motivasiya maddi xarakter kəsb edirdi – daha yüksək vəzifədə olan məmur daha böyük maaş alırdı. 

Hakim vəkildən daha çox qazanır – ildə minlərlə, 1990-cı ildən sonra isə 1 milyonlarla dollar. 

Dövlət sektorunda işləməyən vətəndaşlara əmək haqqını dövlət verməsə də, gəlirlərin artmasını təmin edən iqtisadi siyasət təşkil edirdi. Bundan əlavə, sosial paket təklif edirdi: təhsil, tibbi xidmət, yaşayış yeri və s. 

singapur istoriya 3 1542121529 e1542175437909

Li Kuan Yu vəzifəsini tərk etdikdən sonra belə hökumətdə işləməyə davam edib. O, 2015-ci ildə rəhmətə getdi. Bildiyimiz kimi, biznesmenin uğurlu olub-olmadığını qiymətləndirmək üçün onun ölümünə qədər topladığı kapitala baxırlar. Li Kuan Yu haqqında elə bir məlumat yoxdur. Digər tərəfdən, siyasətçi və məmur olan biri üçün hesabda milyardların olması müsbət yox, neqativ haldır. Onun uğurlu rəhbərlərdən biri olmasının əsas göstəricisi bugünkü Sinqapurdur.

Son xəbərlər
Digər xəbərlər