20 C
Baku
Monday, May 20, 2024

“Kasıb və qızıl dolu torba”

Bir dəfə Zevs və Hera səmada oturub insanların həyatını müşahidə edirdilər. Birdən Hera aşağıda ağlayan və kədərli bir kasıb gördü. Heranın bu ağlayan kasıb insana yazığı gəldi və öz ərindən xahiş etdi:

– Aşağıdakı kasıbı görürsən, o çox köhnə paltarlar geyinib və çox pis ağlayır? Ona kömək elə – ona pul göndər ki, həm qarnını doyursun, həm də özünə təzə paltar alsın.

– Mən ona kömək etməyə cəhd etdim, lakin o hələ buna hazır deyil.

Hera ona qulaq asmaq istəmirdi, çünki bu insana çox yazığı gəlmişdi:

– Sən çox rəhmsizsən! Ona kömək elə! Bu ki, sənin üçün heç nədir.

Zevs gülümsədi:

-Yaxşı, əzizim. Mən sənin xahiş etdiyini yerinə yetirəcəm. Lakin mənim sözlərimi yadında saxla – o hələ buna hazır deyil…

Günəşli bir gündə ildırım çaxdı və kişinin yaxınlığında içərisi qızılla dolu bir torba peyda oldu. Kişi torbanı gördükdə ona tərəf getmək istədi, lakin ayağı ilişərək yıxıldı. O ayağa qalxaraq bildiyi lənətləri yağdırdı və dönərək yoluna davam etdi. Beləliklə də torbanın içərisində nələrin olduğundan xəbəri belə olmadı…

Son xəbərlər
 ⁠
Digər xəbərlər