26 C
Baku
Saturday, April 27, 2024

Kasıbçılığa gətirib çıxaran 10 səbəb

Hal-hazırda dünyanın bütün şəhərlərinin küçələrində nəzir dilənən, çox yazıq görkəmdə və səfil kimi geyinmiş çoxlu insanlara rast gəlmək mümkündür. Yoxsulluq o qədər yayılmış bir təzahürdür ki, artıq öz faciəliliyi ilə nə heç kəsi təəccübləndirmir, nə də heyrətləndirmir. Amma çox az adam kasıbların bu vəziyyətdə olmasının əsas günahının məhz onların özündə olması haqqında düşünür. Lap bu yaxınlarda psixoloqlar hesablamışlar ki, yoxsulluğa gətirib çıxaran sadəcə 10 amil vardır, onların qarşısının vaxtında alınması hər bir kəsə həyatdakı boşluqdan və ciblərinin boşluğundan yaxa qurtarmağa icazə verə bilərdi.

 Beləliklə, birinci səbəb -insanın özünə aşağı qiymət verməsidir.

Məhz bu ona gətirib çıxarır ki, insan özü üçün daha yaxşı iş axtarışını dayandırır və öz şəxsi inkişafını dayandırır, Daima “lazım olmayan bacarıqlar” ilə və ya “lazım olmayan” mühitdə dünyaya gəldiyinə görə gileylənir, öz bəxti üstündə ağlamaqdan başqa bir şey etmir. Sanki başqa bir ölkədə dünyaya gəlsəydi hər şey tamam başqa cür olardı.

İkinci səbəb–xəsislikdir. Daima qənaət etmək istəyi –maddi dəyərlərin qavranılmasında tarazlığın pozulmasını nümayiş etdirən ilk əlamətdir. Sözün əsl mənasında müdrik insan əməyin və məhsulun real dəyərini ödəməyi bacarır və bununla da, taleyi də ona qarşı eyni dərəcədə ədalətli olmağa kökləyə bilir, sanki bu, bir işçi və işəgötürən arasında formalaşmış münasibətlər kimi olur.
 

Üçüncü səbəb –zəhləniz gedən bir işlə məşğul olmaqdır. Yadda saxlamaq laızmdır ki, hələ heç bir insanı sevmədiyi iş varlı etməyib, o ki qaldı xoşbəxt ola. Bəli humanitar sahənin adamları uzun illər ərzində mühasib işləyə bilər, səbəb isə ola bilsin odur ki, onlar nə vaxtsa çox böyük miqdarda kredit götürüblər. Bəs kim deyə bilər ki, sizin ürəyinizə və bacarığınıza uyğun bir iş sizə eyni qədər əməkhaqqı gətirməyəcək və hətta daha komforltu olacaq?

Dördüncü səbəb –bu daima xoşbəxtliyin pulla ölçülməsidir. Ruhi sakitlik və xoşbəxtlik –bunlar o qədər zərif və yüsək materialardır ki, formal kağız əskinazlar heç vaxt onların yaranmasının təminatı ola bilməzlər. Həqiqətən uğurlu insan yalnız öz maddi rifahının naminə çalışır, o, heç vaxt şəxsi sevinclərini bank hesabındakı məbləğin miqdarı ilə əlaqələndirmir.

Beşinci səbəb –ağlamalı maliyyə durumunda olmasına baxmayaraq, həddindən çox pul xərcləməkdir. Bəli cibdəki nağd pul və ya kredit kartları vasitəsi ilə alınmış gərəksiz, lakin baha əşyalar sizə qısamüddətli sevinc hissi bəxş edə bilər. Lakin bu həzz hissi düşmək üzrə olduğiunuz qaynar maliyyə quyusuna dəyərmi?? Çünki bu gedişlə belə insanlar gec-tez özlərini məhz bu quyuya salırlar.

Altıncı səbəb –ani mənfəəti daha üstün tutmaq. Ağıllı insanlar prespektivli müəssisədə prestijli bir vəzifə tapır və hətta əməkhaqqınız az olmasına baxmayaraq orada işləməyə razılaşırlar. Sadacə ondan ötrü ki, onlar bilirlər ki, burada onların karyerada yüksəlmək və inkişaf etmək şansları daha çoxdur. Digərlər isə böyük məvacibi olan qısamüddətli işlər seçirlər, bununla da həmişəlik özlərini günəşin altında yaxşı yer axtarmağa məhkum edirlər.

Yeddinci səbəb odur ki, insanlar talelərindən şikayət edirlər. Bəli, həyat əksər hallarda ədalətsizdir. Amma miskinlik və deyingənlik, hələ heç kəsi nə daha xoşbəxt, nə də daha varlı etməyib.

Səkkizinci səbəb –daima özünü digərləri ilə müqayisə etməkdir-ya dostlar, ya iş yoldaşları, ya qohumlar, ya da qonşular. Yaddan çıxarmaq lazım deyil ki, müqayisə etmək, əksər hallarda potensial uğursuz insanlara məxsus bir xüsusiyyətdir, onlar həmişə öz məğlubiyyətlərinə bir bəraət axtarır, özlərinə haqq qazandırmağa çalışırlar.

Doqquzuncuu səbəb- maddi durumun pul ilə ölçülməsidir. Əslində varlı insanlar heç də hal-hazırda hesablarında milyonlarla pul olan insanlar deyil. Varlı o insandır ki, olmayan yerdən, heç nədən pul qazana bilir, və siyasi və iqtisadi hadisələrin istənilən cür gedişindən asılı olmayaraq yenə də müvəffəqiyyət qazanmağı bacarır.

Nəhayət, kasıblığı sonuncu səbəbi, özünü ailə münasibətlərindən təcrid etməkdir. Bir qayda olaraq məhz xəsis insanlar belə hərəkət edir. Onlar doğma insanlara çətin anda kömək etməkdən qorxurlar. Amma əsl sərvət- gülüş səsləri ilə zəngin olan bir evdir. Ona görə də əksər hallarda məhz belə mürəkkəb xasiyyətli insanlar həyatın kəşməkəşinə düşür və tək olduğuna görə də belə situasiyadan çıxa bilmirlər. Onlar pulları ilə təkbətək qalmaq əvəzinə problemləri ilə təkbaşına qalırlar.

Bütün bu səbəbləri bilmək və onları ömrün istənilən bir günündə xatırlamaq lazımdır. Çünki insanlar özləri öz talelərinin qurucusudur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər