16 C
Baku
Friday, November 22, 2024

Kasko sığortası

ASKO – ispan sözüdür (CASCO), tərcümədə korpus, gəminin gövdəsi mənasını daşıyır. KASKO, avropalılar Asiyaya və Amerikaya ilk ticarət səyahətlərini təşkil edən zamanlarda yaranmışdır (XIV – XVI əsrlər). Uzunmüddətli səfərlərdə təhlükələrlə qarşılaşan gəmi sahibləri məcbur olub həm yüklərini həmdə öz gəmilərini sığortalayırdılar. Belə ki, o zaman barda yığışaraq mal gətirənlər yüklərin gəmilərdə bataraq müflis olmamaları üçün yeni sistem yaradmışdılar. Belə ki,gəmi ilə mal gətirilən zaman məbləğin müəyyən qədəri fond kimi yaradılırdı ,əgər gəmi batarsa ona fonddan müəyyən qədər vəsait verilirdi. Belə ki, o zamandan daha da təkminləşərək sığortanın əsası qoyuldu. Yüklərin sığortasını KARQO adlandırmağa başladılar, gəmilərin sığortasını isə KASKO. Müasir dövrümüzdə KASKO – istənilən nəqliyyat vasitələrinin sığortalanması mənasını daşıyan beynəlxalq hüquqi termindir.

Kasko sığorta ilə avtomobilinizin könüllü sığortasının fərqi ondan ibarətdir ki, Kaskoda könüllü sığorta növlərindən biridir. Yəni hal -hazırda ölkəmizdə kasko sığortanın etdirilməsi məcburi deyildir (lakin bəzi ölkələrdə isə bu kasko sığortası icbari yəni məcburi xarakter daşıyır). Lakin əsas fərqləndirici xüsusiyyət isə KASKO sığortası zamanı yalnız avtomobilin özü tam, yəni nəqliyyat vasitəsinin konstruksiyası, gövdəsi sığortalanır.

Bu sığortaya əsasən aiddir avtomobilinizin oğurluqdan, təcavüzlərdən, yanğından, yol qəzalarından, hətta avtomobil sahibinin təqsirli olub olmamasından asılı olmayaraq baş vermiş sığorta hadisəsindən, əşyaların düşməsindən, atılmasından və s. gələcəkdə gözlənilməz risklərdən qorunması və dəyən zərərin sığorta şirkəti tərəfindən tam və ya qismən ödənilməsini təmin etməkdən ibarətdir.

Bundan əlavə olaraq sığorta polisində əlavə qeydlər etdirilməklə avtomobilinizə aid olan aksessuarlar aşağıda göstərilən risklərdən sığortalana bilər:

1. İstər hərəkət halında, istərsə də hərəkətdiz vəziyyətdə (xarici təsirlər nəticəsində bir cismin toxunması, nəqliyyat vasitəsinin belə cisimləri vurması nəticəsində nəqliyyat vasitənin zədələnməsi, aşması, düşməsi kimi qəzalarla bağlı ziyan və zərərlər)
2. Yanğın, ildırım və partlayış,
3. Təbii fəlakətlər
4. Hər hansı predmetlə toqquşma,
5. Yol-nəqliyyat hadisəsi,
6. Üçüncü şəxslər tərəfindən qəsdən vurulan ziyan,
7. Oğurluq,
8. Heyvanların hərəkəti – heyvanların və quşların hərəkəti.
9. Avtomobilin gözlənilməz aşınması
10. Üçüncü şəxslərin qərəzli hərəkətləri

Bundan əlavə olaraq Avtomobilinizi KASKO sığortası etdirərkən son dərəcə diqqətli olmalısınız bu halda ilk fikir verəcəyiniz amillər bunlardır.

1. Əgər nəqliyyat vasitəsi tam yararsız hala düşərsə sığorta şirkəti hansı risk dərəcəsində məsuliyyət göstərir yəni avtomobilin dəyərinin neçə faizi məbləğində sığorta verəcək.
2. Sığorta hadisəsi baş verən zaman azad olma (Franşizə) məbləği nə qədər olacaq
3. Sığorta sizin adınıza olduğu halda digər sürücü sükan arxasında olarsa bu halda hər hansı sığorta hadisəsi baş verərsə sığorta şirkəti dəymiş zərəri öz üzərinə götürəcək yoxsa yox.
4. Gələcəkdə sığorta hadisəsi baş verdiyi halda sizi sığorta şirkəti avtomobiliniz təmirdə olduğu halda digər avtomobillə təmin edəcək yoxsa yox
5. Əgər sığorta dövrü müddətində bir neçə dəfə sığorta hadisəsi baş verərsə yəni sığorta məbləği hansı məbləğə qədər artırıla bilər.

Avtomobilinizi KASKO sığorta edərkən heç zaman hansısa sığorta şirkətində az məbləğ ödəyəcəm orda edim, o riski etməyin. Ona görə ki, əksər sığorta şirkətləri daha çox müştəri cəlb etmək üçün faiz dərəcəsini aşağı edirlər bu zaman isə sığortaçıya əlavə məlumatlar verilmir və bir növ sığortaçı aldadılmış olur. Sığorta hadisəsi baş verdiyi zaman isə əlavə şərtlər tam aydınlaşdırılır bu zamanda müştəri artıq aldanıldığını bilir. Belə olduğu halda isə 1 sığorta şirkəti özü mənfəət əldə etməklə digər sığorta şirkətlərinin adınıda bədnam edir.

Odur ki, nəqliyyat vasitənizi sığorta etdirərkən mütləq qaydada azadolma məbləğini və hansı məbləğ qarşılığında sığorta məsuliyyət daşıdığını öyrənin, heç zaman qiymətə görə sığorta şirkətini seçməyin.

Məsələn: A sığorta şirkəti 1 il üçün Kasko sığortanın illik faiz dərəcəsini 3% edir. B sığorta şirkəti isə 3.25%. Bu halda müştərinin avtomobili 10 000 AZN məbləğində olarsa, müştəri tez bir zaman ərzində A sığorta şirkətinə üz tutur və hesablayır ki, A sığorta şirkətində sığorta haqqı 3%-dir və 300AZN təşkil edir. Bu zaman isə əlavə riskəri nəzərə almayaraq qərar verir, lakin sonradan aydın olur ki, A sığorta şirkəti 3% sığorta haqqı aldığıı zaman azadolma məbləği 500 AZN tətbiq edir.Lakin B sığorta şirkəti isə 3.25% sığorta haqqı tətbiq etdiyi zaman 100 AZN azad olma tətbiq edir. Bu halda isə sığorta dövrü ərzində hər hansı sığorta hadisəsi baş verərsə və sığorta hadisəsinin dəyəri 600 AZN təşkil edərsə bu halda A sığorta şirkəti 600-500=100AZN sığorta pulu ödəyəcəkdir lakin müştəri B sığorta şirkətində avtomobilini sığortalasaydı bu halda 600-100=500 AZN sığorta şirkəti sığorta hadisəsinə görə pul ödəyəcəkdir. Buradan da görünür ki, 0.25% sığorta haqqı baha da olsa yekunda isə sığorta hadisəsi olan zaman müştəri 400 AZN az ödəyəcək.

Son xəbərlər
Digər xəbərlər