12 C
Baku
Wednesday, December 11, 2024

Kasko sığortasında yığım 24%, ödəniş 16% azalıb

2015-ci ilin yanvar-noyabr aylarında sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu növ sığortadan toplanan sığorta haqqı 4 dəfə artaraq 2,74 milyon manat təşkil edib. Bundan başqa, peşə məsuliyyətinin sığortasında yığım 87,5% artaraq 700 min manat, işin dayanması ilə bağlı risklərdən sığortada isə 81,6% artaraq 25 min manat olub.

Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 28,3% artaraq 62,3 milyon manat, sağalmaz xəstəliklərdən sığortada 13,5% artaraq 390 min manat, tibbi sığortada 3,4% artaraq 63,4 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 1,9% artaraq 31 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 30,6% artaraq 1,1 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 3,6% artaraq 28,6 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 48,8% artaraq 24 milyon manat, avtomobillərin icbari sığortasında isə 9,2% artaraq 70,8 milyon manat təşkil edib.

11 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb. Bu növ sığortadan daxilolmaların məbləği 94,8% azalaraq 1,2 min manat təşkil edib. Bundan başqa, pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada yığım 87,1% azalaraq 3,8 min manata, kreditlərin sığortasında isə 48% azalaraq 624 min manata düşüb.

Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 15,2% azalaraq 12,9 milyon manat, fərdi qəza və xəstəlik sığortasında 24,6% azalaraq 7,5 milyon manat, səfər sığortasında 1,4% azalaraq 1,9 milyon manat, avtomobillərin könüllü sığortasında 23,5% azalaraq 26,4 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 12,8% azalaraq 322 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 15,9% azalaraq 122 min təşkil edib.

Bu ilin yanvar-noyabr aylarında sığorta ödənişlərinin ən ciddi artımı isə kənd təsərürfatı heyvanlarının sığortasında qeydə alınıb. Bu növ sığortada ödəniş 2,5 dəfə artaraq 354 min manat təşkil edib. Bundan başqa, hava nəqliyyatı vasitələrinin sığortasında yığım 2,3 dəfə artaraq 504 min manat, kreditlərin sığortasında isə 83,5% artaraq 134 min manat olub.

Sığorta ödənişlərinin məbləği həyatın ölüm halından sığortasında 78,7% artaraq 2 milyon manat, həyatın yaşam sığortasında 64,1% artaraq 38,7 milyon manat, tibbi sığortada 4,7% artaraq 46,3 milyon manat, səfər sığortasında 15,9% artaraq 277 min manat, avtomobillərin icbari sığortasında isə 10,6% artaraq 30,1 milyon manat təşkil edib.

11 ay ərzində sığorta ödənişlərinin ən çox azalması isə su nəqliyyat vasitələrinin sığortasında, işçilərin dələduzluğu sığortasında və yanğından icbari sığortada qeydə alınıb. Bu növ sığortalar üzrə ödəniş 100% azalıb. Bundan başqa, kənd təsərrüfatı bitkiləri məhsullarının  sığortası üzrə ödəniş 78,8% azalaraq 61 min manat, sağalmaz xəstəliklərtdən sığortada isə 78,1% azalaraq 14 min manat olub.

Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında 28,1% azalaraq 1 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 26% azalaraq 5,3 milyon manat, kasko sığortasında 15,6% azalaraq 21,8 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 71,5% azalaraq 160 min manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 2,5% azalaraq 2 milyon manat, daşınmaz əmlakın icbari sığortasında isə 38,9% azalaraq 1,1 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər