9 C
Baku
Monday, December 23, 2024

Kasko yoxsa İcbari sığorta? – Əsas fərq

Bir müddət öncə oxucularımızdan biri Kasko ilə İcbari – nun fərqinin nə olduğunu öyrənmək üçün Bizə müraciət etmişdir. Bu səbəbdən də qeyd olunan mövzu  haqda məlumatı olmayan digər oxucularımız üçün də araşdırma aparmaq qərarına gəldik.  İndi isə gəlin ilk növbədə hər bir sığorta növünün ayrı-ayrılıqda nə olduğunu öyrənək.

İlk olaraq Kasko Sığortanın necə bir sığorta növü olduğuna aydınlıq gətirək.

KASKO – könüllü sığorta növüdür,  yəni sizin istəyinizdən asılı olaraq avtomobilinizi sığortalayan bir sığorta məhsuludur ki, siz bu sığorta növü ilə yalnız  nəqliyyat vasitələrini sığortalaya bilərsiniz. Belə də başa düşmək olar ki, Kasko sığorta avtomobil sahiblərini könüllü şəkildə  oğurluqdan, yol qəzalarından, hətta avtomobil sahibinin təqsirli olub olmamasından asılı olmayaraq, əşyaların düşməsindən, atılmasından və s. risklərdən  sığortalaya bilməyiniz üçün hazırlanmış sığorta növüdür.

Tam olaraq Kasko Sığorta ilə avtomobillərinizi hansı təhlükələrdən sığortalaya bilərsiniz?

  • İstər hərəkət halında, istərsə də hərəkətsiz vəziyyətdə;
  • Üçüncü şəxslər tərəfindən qəsdən vurulan ziyan;
  • Yol-nəqliyyat hadisəsi;
  • Hər hansı predmetlə toqquşma;
  • Üçüncü şəxslərin qərəzli hərəkətləri;
  • Təbii fəlakətlər;
  • Oğurluq;
  • Yanğın, ildırım və partlayış;
  • Heyvanların hərəkəti – heyvanların və quşların hərəkəti.

Kasko sığortanın sığorta haqqı isə sığorta şirkətlərindən asılı olaraq dəyişir. Apardığımız araşdırma zamanı daha dəqiq məlumat çatdıra bilməyimiz üçün  bir çox sığorta şirkətləri ilə əlaqə saxlamalı olduq. Belə ki, Kasko sığorta zamanı təxminən sizdən 1-14% sığorta haqqı tələb oluna bilər.  Təbii ki, bu faiz sizin avtomobilinizin qiymətindən asılı olaraq fərqli ola bilər. Bildiyimiz kimi sığorta məhsullarında azadolma və ya franşıza da var ki, buda sığorta hadisəsi baş verdiyi zaman sizin ödəyəcəyiniz məbləğ hesab olunur.

Zənnimcə Kasko sığortanın necə bir sığorta məhsulu olduğu haqqda artıq bəzi məlumatları dəqiqləşdirmisiniz.  İndi isə gəlin müqayisə etdiyimiz digər sığorta məhsulunu nəzərdən keçirək.

Bəs avtomobilin icbari sığortası nədir?

İcbari sığorta vasitəsilə həm fiziki, həm də hüquqi şəxslərin əmlaklarına vurulan zərərlərin əvəzinin ödənilməsi tətbiq olunur.  Avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası icbari hesab olunur. İcbari sığorta olunan şəxsin avtomobilində sığorta hadisəsi baş verdiyi zaman qarşı tərəfin xərcləri qarşılanır.

İndi isə gəlin hər iki sığorta növlərinin fərqlərinin nə olduğuna dəqiqləşdirək.

Avtomobilinizi siz könüllü sığorta etdirdiyiniz zaman, sığorta hadisəsi baş verdiyi zaman sizin avtomobilinizə dəyən zərər sığorta şirkəti tərəfindən ödənəcək. Sadəcə olaraq hadisə zamanı sizin xərciniz franşıza üçün çıxacaq. Başqa siz heç bir məbləğ ödəməli olmayacaqsınız. Lakin belə bir probleminiz yarana bilər ki, hadisə sizin səhvinizə görə baş versin və qarşı tərəf sizdən onun xərclərini qarşılamağı tələb etsin. Bu zaman isə sizin köməyinizə icbari sığorta çata bilər. Buradan da belə başa düşə bilərik ki, icbari sığorta sırf olaraq qarşı tərəfin sığorta haqqlarını qarşılayan sığorta növüdür. Hər iki problemi yaşamamağınız üçün hər iki sığorta növündən faydalana bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər

9 ŞƏRH

Comments are closed.