İtaliyada prokurorluq “Kaspersky Lab” şirkətinin yerli bölməsini vergidən yayınmaqda ittiham edib.
“Messaggero” saytına istinadən xəbərə görə, vergidən yayındırılan məbləğin 24 milyon avro həcmində olduğu bildirilir.
İstintaq materiallarına əsasən “Kaspersky İtalia”nın 2010-2015-ci illərdə gəliri 90 milyon avro təşkil edib və bu gəlirdən vergi ödənilməyib. İttiham olunan şəxsin adı açıqlanmayıb.
Xatırladaq ki, ABŞ-da hökumət idarələrinin “Kasperski Laboratoriyası”nın məhsullarından istifadəsi qadağan edilib.