12 C
Baku
Wednesday, December 11, 2024

Kassir – AFB Bank

AFB Bank Kassir vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Kassir

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə) 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali təhsil (riyaziyyat, maliyyə və mühasibatlıq arzuolunandır);
    • Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
    • Riyazi hesablama aparmaq və analitik mühakimə etmək;
    • Azərbaycan və Rus dillərində sərbəst danışıq;
    • MS Office (Word, Excel) proqramları üzrə biliklər;
    • Gərgin iş qrafikində nağd pulla intensiv işləmək bacarığı;
    • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti. 

 

İŞİN TƏSVİRİ:

  • Mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
    • Gün ərzində xəzinə üzrə mədaxil və məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı normativ aktlara, daxili qayda və prosedurlara riayət edilməsi;
    • Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən, o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
    • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil və məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
    • Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin sayılıb balans məlumatları ilə uzlaşdırılaraq dövriyyə xəzinəsindən saxlanc(fond) xəzinəsinə yerləşdirilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kassir” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Son xəbərlər
Digər xəbərlər