Ümumi məlumat
Kapital Bank namizədləri aşağıdakı regional filiallara Kassa bölməsinin kassiri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
İmişli, Daşkəsən, Neftçala, Ağcabədi, Yevlax, Qaradağ
Öhdəliklər
- Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən,o cümlədən əməliyyat aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi
- Əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxılması;
- Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq.
Tələblər
- Ali təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır)
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Nəğd pulla intensiv işləmə bacarığı
- Gərgin iş qrafikində işləmək bacarığı
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və “Kassir” başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!
Nümunə: Şəmkir – Kassir