TƏLƏBLƏR:
- İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
- İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
- Müvafiq sahədə ən azı bir il iş təcrübəsinə malik olmaq;
- Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
- Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; ingilis dilini bilənlərə üstünlük verilir;
- İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
- Əla ünsiyyət qurma bacarığı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
Əsas vəzifə və öhdəlikləri:
- AzərKreditin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
- Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
- Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
- Bütün kassa çekləri və digər mühüm sənədləri izləmək və nəzarətdə saxlamaq;
- Müştərilər, təşkilatın işçiləri və digərləri tərəfindən nağd pul və digər vəsaitlərin, təsdiqedici sənədlər və mədaxil/məxaric orderləri əsasında filialın xəzinəsinə daxil/xaric etmək;
- Gündəlik olaraq MİS (Menecment İnformasiya Sistemi) proqramına xəzinə üzrə nağd pulun hərəkəti barəsində informasiyanı daxil etmək və uyğunsuzluqlar barəsində dərhal filialın menecerinə hesabat vermək;
- Təşkilat-daxili qaydalara uyğun olaraq xəzinə limitinə riayət etmək (maksimum və minimum nağd pul);
- Saxta banknotların müştərilərə verilməməsi və onlardan alınmamasını təmin etmək;
- Günün bağlanması (end of day) hesabatlarını hazırlamaq və çap etmək;
- Gündəlik xəzinə sayını etmək, xəzinə kitabında müvafiq qeydiyyatları aparmaq və təsdiq etmək;
Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 31 avqust 2014-cü il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində ‘Qovlar Kassir (Xəzinədar)’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.