Azərbaycanda “Keşpay” ödəniş terminallarına sahib olan “Katech” QSC-nin direktoru dəyişdirilib.
Banker.az xəbər verir ki, Emil Qurbanov Elman oğlu şirkətin direktoru təyin edilib.
O bu vəzifədə Şərif Şıxlinskiy Söhrab oğlunu əvəz edib.
Xatırladaq ki, “Katech” QSC 2021-ci ildə təsis edilib və 2000 manat nizamnamə kapitalı var. Şirkət Azərbaycanda fəaliyyət göstərən və pul köçürmələri ilə bağlamaların çatdırılması üzrə avtomatlaşdırılmış xidmətlər təklif edən texnologiya şirkətidir.






