21 C
Baku
Thursday, April 25, 2024

Katiblik üzrə Müdir – Parabank

Vəzifəyə olan tələblər

Sənəd dövriyyəsi və nəzarəti (document control) üzrə ən azı 3 illik təcrübənin olması
Ali təhsil (hüquq təhsili olanlara üstünlük veriləcək);
Məsuliyyətli olmalı;
Komandada işləmə bacarığı,
Ünsiyyət qurabilmə qabiliyyəti;
Azərbaycan dili mükəmməl, Rus dili yüksək səviyyədə;

Vəzifə öhdəlikləri:   

• Rəhbərliyin qərarlarının, tapşırıqlarının icrası barədə hesabatın verilməsi, verilmiş qərarların icrasına nəzarət
• Rəhbərlik adından göndərilən bütün məktub, sərəncam, tapşırıq layihələrinin hazırlanması və imzaya təqdim edilməsi;
• İclasların vaxtında keçirilməsini təmin edilməsi məqsədilə iclas cədvəlinin qabaqcadan hazırlanması və iclasdan qabaq iclas iştirakçılarının məlumatlandırılması;
• Kurasiya üzrə tapşırıqlarının icraçılara çatdırılması, icrasının təmin edilməsi, mütəmadi olaraq icrada olan işlərin vəziyyəti barədə Rəhbərliyin məlumatlandırılması;
• Icrada olan işlərin cədvələ salınması və mütəmadi olaraq icraçılardan icranın tələb edilməsi və nəzarətdə saxlanılması;
• Əmr, qərar, məktub və tapşırıqlar siyahısının hazırlanması, icrası haqqında gündəlik Rəhbərliyə məlumatların təqdim edilməsi;
• Zərurət yarandığı halda Rəhbərliyin keçirdikləri iclaslara katiblik edərək həmin iclasın protokolunun hazırlanması;
• Üzərinə düşən işlərin Kargüzarlığın aparılmasına dair təlimatın, banklarda korporativ idarəetmə standartlarına, eləcə də digər normativ-hüquqi sənədlərin tələblərinə uyğun təşkili;

CV-ləri Katiblik üzrə Müdir mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər