13 C
Baku
Sunday, November 24, 2024

“Kaxovkanın partladılması Ukraynaya 14 milyard dollar zərər vurub” – Səfir

Kaxovka su elektrik stansiyasının partladılması nəticəsində Ukraynaya 14 milyard dollara yaxın zərər dəydiyi ehtimal olunur.

Ukraynanın Almaniyadakı səfiri Oleksi Makeyev bu rəqəmi “Funke” media qrupuna müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, bioloji resursların məhv olması səbəbindən balıqçılıq təsərrüfatı da ciddi zərərə uğrayıb və Xerson vilayətində balıqların kütləvi tələfat halları müşahidə edilib.

“Bu il Ukraynanın bərpasına 14,1 milyard dollar lazım olacaq. Onlardan 3,3 milyard dolları artıq büdcəyə köçürülüb”, – deyə səfir əlavə edib.

Makeyev bəndin partladılması nəticəsində 20 min hektardan çox əkin sahəsinin uzun müddət istifadə olunmayacağını, həmin rayonlarda yerləşən taxıl anbarlarının çoxunun isə su altında qaldığını bildirib.

Son xəbərlər
Digər xəbərlər