Avqustun 1-dən Rusiyanın “İrAero” şirkəti Kazan-Bakı-Kazan marşrutu üzrə uçuşlara başlayacaq.
Bu barədə aviaşirkət məlumat yayıb.
Məlumata görə, uçuşlar həftənin bazar ertəsi günündə “Superjet-100” markalı təyyarələrilə həyata keçiriləcək. Bir tərəfli biletin qiyməti 19 090 rubldan (təxminən 540 manat) başlayır.