23 C
Baku
Wednesday, April 23, 2025

Kazımov 2025 və 2026-cı il üzrə sabit məzənnənin təsirindən danışdı

Azərbaycan Mərkəzi Bankı apardığı sabit məzənnə rejiminin nəticəsi olaraq nominal effektiv məzənnənin möhkəmlənməsi bizim inflyasiyamıza azaldıcı təsir göstərir.

Banker.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

“Həm 2025, həm də 2026-cı ildə”, deyə o bildirir.

2025-ci ildə nominal effektiv məzənnənin möhkəmlənməsi nəticəsində inflyasiya 1.5 faiz bəndi azaldıcı təsir göstərəcək. 2026-cı ildə isə 2.45 faiz bəndi azaldıcı təsir göstərəcəyini proqnozlaşdırıq.

Qeyd edək ki, Mərkəzi Bankın 2025-ci ilin aprel ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər