3 C
Baku
Wednesday, February 4, 2026

Kazımov benzin və dizelin qiymət artımının qiymətlərə nə qədər təsir edə biləcəyindən danışıb

Azərbaycanda 2026-cı ilin yanvarından etibarən tənzimlənən benzin və dizel kimi avtomobil yanacaqlarının qiymət artımları 2026-cı il üzrə inflyasiya proqnozunda nəzərə alınıb.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov press-konfransda deyib.

Belə ki, yanvar ayında tətbiq olunan tənzimlənən yanacaq qiymətlərindəki artım inflyasiyaya  birbaşa 0.31 faiz bəndi, dolayı isə 0.33 faiz artıcı təsir edilməsi proqnozda nəzərə alınıb.

Mərkəzi Bankın baza ssenarisinə əsasən, 2026-cı ilin sonuna və 2027-ci ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə 2026-cı ilin fevral proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.5%, 2027-ci ildə isə 4.0% olacağı gözlənilir. 2026-cı ilə inflyasiya proqnozu azaldılma istiqamətində dəyişdirilib. Halbuki, oktyabrda bu proqnoza görə 2026-cı ildə inflyasiyanın 5.7% olacağı gözlənildirdi.

“Əsas diqqət edəcəyimiz məsələ tələb faktorlarıdır. Dövlət və ev təsərrüfatlarının istehlakı keçən ilin ilk 9 ayının nəticələrəinə əsasən müvafiq olaraq 6.6% və 10.5% artıb. Birgə illik inflyasiyaya 1.75 faiz bəndi artıcı təsir edib” deyə, Mərkəzi Bank sədri Taleh Kazımov bildirib.

Son xəbərlər
Digər xəbərlər