3 C
Baku
Wednesday, February 4, 2026

Kazımov: Əhalinin ABŞ dollarına tələbi yanvarda 3-4 ilin ən aşağı həddinə düşüb

2025-ci ildə Azərbaycanda valyuta hərraclarında təklif tələbi üstləyib.

Banker.az xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

Azərbaycan Mərkəzi Bankı press-relizində bildirir ki, valyuta bazarındakı stabillik qiymət sabitliyini dəstəkləyir. 2025-ci ildə nağd valyuta alışları satışları 423 mln. dollar üstələyib, əmanətlərin dollarlaşması 2.6 faiz bəndi azalaraq 28%-ə enib. Valyuta ehtiyatları 5.1% artaraq 11.5 mlrd. dollara çatıb. Xarici ticarətdə müsbət saldo və 2026–2027-ci illər üçün cari hesab profisiti gözlənilir.

Kazımov deyir ki, bir hərraca təklif 70 milyon dollar olduğu halda tələb 54 milyon dollar olub. Yanvar ayında isə əhali tərəfindən dollar alışı son üç-dörd ilin ən aşağı səviyyəsinə enib və 18 milyon dollar təşkil edib. Hətta Neft Fondunun transferlərinin bir hissəsi dollar şəklində Maliyyə Nazirliyinə təklif edilib. Bu vəsaitləri də növbəti aylarda tələb yarandığı halda satmağa hazırıq.

Son xəbərlər
Digər xəbərlər