11 C
Baku
Wednesday, May 22, 2024

Kazımovdan “Naxçıvanbank”la bağlı açıqlama

“Naxçıvanbank” ASC-nin balansı çox keyfiyyətlidir, maliyyə dayanıqlılığı ilə bağlı hər hansı problem yoxdur.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

“Bankın kredit portfelinin bir hissəsi “Kapital Bank”a satılıb. Onun fəaliyyəti ilə bağlı səhmdarlar tərəfindən qərar veriləcək. Bankın fəaliyyətini necə davam etdirəcəyi və ya BOKT-yə çevriləcəyi səhmdarların qərarından asılı olacaq. Amma bunun ümumi maliyyə sabitliyinə hər hansı təsiri yoxdur. Bankın əmanətçilərinin sayı digər banklara nisbətən çox aşağıdır”, – deyə AMB sədri T.Kazımov əlavə edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər