18 C
Baku
Thursday, April 25, 2024

Kazino, media, İlon Maskın layihələri: George Soros nələrə sərmayə edir

George Soros – Macarıstan əsilli milyarder, eyni zamanda Soros Fund Management Açıq cəmiyyət fondların təsisçisidir. Forbes jurnalının qiymətləndirmələrinə görə, onun sərvəti 8,3 milyard dollar təşkil edir.

Soros bütün dünyada “İngiltərə bankını sındırmış insan” kimi tanınıb.

“Formalaşdıran təcrübə”

 Soros 1930-cu ildə, Budapeşt şəhərində, yəhudi ailəsində anadan olub. O deyir ki, onu “formalaşdıran təcrübə” lərdən biri də, Macarıstanın 1944-cü ildə faşistlər tərəfindən işğal edilməsi olub. Həmin dövrdə Soros-un 13 yaşı var idi.

Milyarderin atası təkcə öz ailəsi üçün deyil, digər bir çox insanlar üçün saxta şəxsiyyət vəsiqələrini düzəldərək, həyatını xilas edə bilmişdir.

“Biz sağ qaldıq və başlarında da kömək etdik. Bu, təsəvvür edə bilmədiyim fəlakəti maraqlı bir macəraya çevirdi.

Baş vermiş hadisələrin hesabına riskə getməyi öyrəndim, atamın köməyi ilə mümkünlüyün çərçivəsini daha da genişləndirdim.

Sərt reallıqla üzləşməkdən zövq alıram. Mən həll olunmayan problemləri həll etməyi çox sevirəm”, – George Soros.

1947-ci ildə Soros İngiltərəyə emiqrasiya edərək, Londonun iqtisadiyyat məktəbinə qəbul olur. Qeyd edək ki, milyarder fəlsəfə üzrə bakalavr və magistr dərəcəsini alıb.

Soros-un cəmiyyət haqqında təsəvvürlərinə və xeyriyyə fəaliyyətinə təsir göstərmiş şəxslərdən biri də, avstriyalı fəlsəfəçi Karl Popper olmuşdur. Fəlsəfəçi açıq cəmiyyət ideyası üzərində çalışırdı. Demokratik cəmiyyətin bu növü özündə tənqidi düşüncə və müstəqil şəkildə qərar qəbul etmək bacarığına malik olan üzvləri ehtiva edir. Popperin bu fikirləri milyarderin “Açıq cəmiyyət və onun düşmənləri” kitabında əks etdirilib.

Karyeranın başlanğıcı və “Soros Fund Management” fondunun təsis edilməsi

Təhsil haqqını ödəmək üçün, Soros, ofisiant, fəhlə və suvenir satıcısı kimi işləyirdi.

“Mən düşünürdüm ki, bu, mənim işim deyil. Londonun kommersiya banklarının rəhbərlərinə müraciət edərək, yeni iş əldə etdim”, – deyə Soros müsahibələrin birində qeyd edir.

Bu, Singer and Friedlander bankı idi. Daha sonra milyarder F. M. Mayer broker və Wertheim and Co investisiya şirkətində çalışmışdır.

1963-cü ildə Soros Arnhold and S. Bleichroeder investisiya bankına gəlir və üç ildən sonra vitse-prezident vəzifəsinə təyin olunur. Bu dövrdə milyarder First Eagle fondunu işə salır.

Soros-un bu müvəffəqiyyəti, 1969-cu ildə Double Eagle fondunun yaranmasına səbəb olmuşdur. Fondun kapitalı 4 milyon dollar təşkil edirdi, bu məbləğin 259 min dolları Soros-un şəxsi vəsaiti idi.

Lakin fondun fəaliyyəti Arnhold and S. Bleichroeder broker biznesi ilə onun idarəçilik fəaliyyəti arasında yaranmış maraqlar mübahisəsi səbəbindən məhdudlaşdırıldı. Bu səbəbdən Soros 1973-cü ildə əməkdaşı Jim Rogers ilə birgə Soros Fund Management fondunu təsis edir.

Həmin momentdə fondun idarəçiliyi altında 12 milyon dollar vəsait var idi. Soros fondun sədri vəzifəsini tutdu. Milyarderin bütün sərmayələri bu fond vasitəsilə həyata keçirilir.

1981-ci ildə Soros Fund Management 400 milyon dollara qədər artdı. Lakin ö dövrün iqtisadi vəziyyəti o qədərdə yaxşı olmadığına görə, fond 22% itirir.

1990-cı ilə qədər fondun fəaliyyəti haqda heç bir informasiya yox idi. Forbes jurnalının qiymətləndirmələrinə görə, 2017-ci ildə fondun dəyəri 300 milyon dollar təşkil edib.

Soros Fund Management vasitəsilə sahibkar London, Nyu-York, Kyurasao və Kayman adalarında fəaliyyət göstərən Quantum Group of Funds fondlarını idarə edir.

2011-ci ildə Soros Fund Management fondunun səhmləri 27,9 milyard dollar dəyərində qiymətləndirilirdi. Bu məbləğin bir milyard dolları xarici investorların payına düşürdü.

Cari ildə fond Institutional Investor-un reytinqində altıncı yer tutub.

Soros Britaniya funtuna qarşı

1992-ci ildə Soros funtun aşağı düşməsindən istifadə edərək, 1-1,5 milyard dollar gəlir əldə etmişdir. Bu müqavilə “əsrin müqaviləsi” adını almışdır.

1990-cı ildə Böyük Britaniya Avropanın valyuta məzənnəsi mexanizminə qoşuldu. Müqavilənin şərtlərinə görə, hökumət funtu 2,78-3,13 alman markası səviyyəsində saxlamalı idi.

Buna qarşı çıxan şəxslərdən biri Margaret Thatcher idi. 1990-1992-ci illər aralığında inflyasiyanın səviyyəsi qalxırdı, faiz dərəcələri isə aşağı düşürdü. Məlum oldu ki, müqavilənin bağlandığı dövrdə Britaniya valyutası səhv qiymətləndirilib.

Əməkdaşların sözlərinə görə, Soros 1992-ci ilin yay ayları boyu funta qarşı qısa pozisiya quraraq, onu 1,5 milyard dollara çatdırıb. 1992-ci ilin sonlarında bir neçə provokasiya edici bəyanatdan sonra, milli valyuta zəifləməyə başladı.

Məsələn, 25 avqustda Almaniyanın Bundesbank bankının idarə heyətinin üzvü Reimut Jochimsen qeyd etdi ki, ERM (Avropanın valyuta məzənnəsi mexanizmi) yenidən təşkil oluna bilər. 10 sentyabr da isə Bundesbank-ın digər nümayəndəsi devalvasiyanın qaçırılmaz olmasından bəhs etdi. Funtu məhv edən amillərdən biri də, Almaniyanın federal bankının prezidenti olan Helmut Schlesinger-in HandelsblattThe Wall Street Journal nəşrlərinə müsahibəsi olmuşdur:

“Prezident Helmut Schlesinger Almaniyada faiz dərəcələrinin yenidən qurulmasından və azaldılmasından sonra bir və ya iki valyutanın Fransada keçiriləcək referenduma qədər təzyiqə məruz qalması ehtimalını istisna etmir (referendum 20 sentyabrda keçirilməli idi). Görülən bütün tədbirlər mövcud problemləri tam olaraq həll etməyəcək”, – nəşrlər yazır.

Həmin gün tarixə “qara çərşənbə” adı ilə daxil oldu. Bu dövrdə Soros pozisiyanı 10 milyard dollara qədər artırdı.

16 sentyabr günü Böyük Britaniya ERM müqaviləsindən imtina etdi və səhəri gün funt alman markasına 15%, dollara münasibətdə isə 25% düşdü.

Bu, Soros-un fonduna bir gündə 1 milyard dollar gəlir gətirdi, fondun dəyəri “demək olar ki, dərhal” 15 milyard dollardan 19 milyard dollara, bir neçə aydan sonra isə 22 milyard dollara qədər qalxdı.

cedvel

Bu gün Soros nələrə sərmayə edir

Sərmayəçinin ümumilikdə dəyəri 3,3 milyard dollar olan 141 açıq pozisiyası vardır.

Telekommunikasiya və media

Hal-hazırda Soros üç şirkətə sahibdir: Liberty Broadband ($525 mln.), GCI Liberty ($37, 4 mln.) və Liberty Media Corporation ($23,1 mln.).

Liberty Broadband holdinqi telekommunikasiya şirkətlərini və kabel operatorlarını birləşdirir. GCI Liberty özünü Alyaskada ən iri telekommunikasiya provayderi adlandırır.

2001-ci ilə qədər Liberty Media şirkəti AT&T telekommunikasiya konqlomeratına daxil idi, 2018-ci ilin sonunda Soros-un AT&T-dəki payı 20,9 milyon dollar təşkil edirdi.

Soros-un bu seqmentdə digər sərmayələrinə Verizon şirkəti, hansıki 2017-ci ildə Yahoo! axtarış sistemini satın aldı (Soros-un payı – 34,4 milyon dollar) və Deutsche Telecom-a məxsus olan T-Mobile US (34,9 milyon dollar) mobil operatoru daxildir.

Nəhayət, milyarderin 2018-ci ildə əldə etdiyi Tribune Media Company (6,8 milyon dollar) və Walt Disney (19,5 milyon dollar) şirkətinin səhmlərinə gəlib çatdıq.

Texnologiyalar

2018-ci ilin sonlarında milyarder MicrosoftApple şirkətlərinin səhmlərini satdı. Hesabata görə, Soros Apple-in 20,1 milyon dollar və Microsoft-un 55,1 milyon dollarlıq səhm paketinə sahib idi. 2018-ci ilin ikinci rübündə sahibkar Facebook-un 30,9 milyon dollarlıq, Twitter-in isə 10,9 milyon dollarlıq səhm paketini əldə etdi.

İri texnoloji şirkətlərə gəldikdə isə milyarder 2018-ci ilin sonlarında Google şirkətinin 26,1 milyon dollarlıq səhm paketinə sahib olub.

Soros-un portfelinə, həmçinin Red Hat (24,7 milyon dollar) və Marvell Technology Group (2,7 milyon dollar) da daxildir. Red Hat – Linux əsasında proqram təminatını istehsal edən şirkətdir. Marvell Technology Group – yaddaş, telekommunikasiya avadanlığı və yarımkeçirici cihazlar istehsalçısıdır.

Riteyl

2018-ci ilin dördüncü rübündə Soros Alibaba (15 mln. dollar) və Coca-Cola şirkətinin səhmlərini satdı (11,5 mln. dollar).

Bununla yanaşı, o, Hershey-dakı payını 7,4% -a qədər artıraraq 23,5 mln. dollar, Amazon-dakı payını isə 1,3% azaldaraq 25 mln. dollar səhm paketinə sahib oldu.

Eyni zamanda milyarder Philip Morris tütün şirkətində iri pozisiya açmaqla yanaşı, Mondelez International-da payını demək olar ki, iki dəfə artırdı.

Mondelez International – Alpen Gold, Barni, Côte d’Or, Toblerone, Dirol, Stimorol, Halls, Milka, Oreo, Tuc Cadbury brendlərinə sahib olan qida istehsalçısı şirkətidir. Mondelez International, eyni zamanda Jacobs Douwe Egberts şirkətində paya malikdir (Jacobs, Carte Noire, Tassimo brendləri).

2018-ci il 31 dekabra görə Soros-un Mondelez International-da payı 52,1 milyon dollar təşkil edib.

Birjalar və sərmayə şirkətlər

İri investisiya şirkətləri arasında BlackRockGoldman Sachs şirkətlərini qeyd etmək olar.

Hesabata görə, 2018-ci ilin axırında BlackRock-da sahib olduğu səhm paketi 5,98 trilyon dollar təşkil edib.

Soros-un Goldman Sachs-dakı payı isə 3,7 milyon dollar təşkil edir.

Milyarderin ən iri yatırımlarından biri 2018-ci ildə Altaba (keçmiş Yahoo!) şirkəti ilə bağlı olub (148,1 milyon dollar). Ötən rüb ilə müqayisədə Soros pozisiyanı 4,5% azaltmışdır.

Qeyd edək ki, Altaba 2017-ci ildə, Yahoo! axtarış sisteminin Verizon mobil operator tərəfindən satın alınmasından sonra təsis edilmişdir. Altaba investisiya şirkəti kimi fəaliyyətə başlamışdır: həmin dövrdə, o, Yahoo! Japan şirkətinin 7,7 milyard dollarlıq, Alibaba şirkətinin isə 33,7 milyard dollarlıq səhm paketinə sahib olub. 

2018-ci ilin sentyabrında Altaba şirkəti Yahoo! Japan-dakı payını sataraq, biznesi bağlayacağını elan etdi.

Eyni zamanda Soros Intercontinental Exchange (4,7 milyon dollar), Morgan Stanley (10,5 milyon dollar) və NASDAQ (2,4 milyon dollar) birjalarında xırda pozisiyalara malikdir.

 

Banklar və ödəmə sistemləri

Soros Amerikanın bir neçə iri investisiya bankına və ödəmə sisteminə də yatırım edib. Onlar sırasına Wells Fargo (13,1 milyon dollar), Bank of Amerika (15,8 milyon dollar), JP Morgan Chase (20,7 milyon dollar) və American Express (5,3 milyon dollar) daxildir.

2015-ci ildə PayPal-ın eBay şirkətindən ayrıldığı bir dövrdə, Soros PayPal-ın 137,4 milyon dollarlıq səhm paketini əldə etdi.

2017-ci ildə milyarder bu aktivdən çıxdı.

Oyun biznesi

2018-ci ilin dördüncü rübündə Soros-un fondu əyləncə sənayesinə qoyduğu sərmayəni azaltdı. Milyarderin Las-Vegas şəhərindəki məşhur Caesars Entertainment kazinosunda payı 225 milyon dollar təşkil edib (ötən rüb ilə müqayisədə 39% az).

2013-cü ildə Caesars Entertainment dünyanın oyun şirkətləri arasında dördüncü sıranı tutmuşdur, şirkətin gəliri ilsə 8,6 milyard dollar təşkil edib. Forbes jurnalının verdiyi məlumata görə, 2018-ci ilin iyun ayında şirkətin bazar kapitallaşması 8,3 milyard dollar təşkil edib.

Caesars Palace və daha 50-dən çox otel və kazino da bu şirkətə məxsusdur.

Eyni zamanda Soros aprel ayında Vici Properties-dəki payını 2,8% artıraraq, 392 milyon dollarlıq səhm paketini əldə etmiş oldu.

Vici Properties – Nyu-York şəhərinin kazinoları üzrə ixtisaslaşmış daşınmaz əmlak trastıdır.

At yarışları

2018-ci ilin iyununda The New York Times nəşrinin verdiyi məlumata görə, Soros “Üçlü tac” adlı at yarışlarında iştirak edən “Justify” atlarının hüquqlarının 15%-nə sahibdir. Nəşr qeyd edir ki, sahibkar birbaşa deyil, fondunun idarə etdiyi SF BloodstockSF Racing Group şirkətləri vasitəsilə sərmayə edib. Bu şirkətlər atların çoxalması və at yarışlarının keçirilməsi ilə məşğul olurlar. 

 

Tesla və SolarCity

2016-cı ilin sentyabrında Soros 305 milyon dollarlıq SolarCity şirkətinin  investisiya raundunda iştirak edib. SolarCity – günəş enerji daşıyıcılarının istehsalçısıdır.

Həmin dövrdə İlon Mask Tesla MotorsSolarCity şirkətlərində sədr vəzifəsini icra edərək, bu şirkətin hər birində 20%-lik səhm paketinə malik idi. Bundan bir ay əvvəl isə SolarCity şirkəti Tesla-nı satın almışdır. Müqavilənin dəyəri 2,6 milyard dollar təşkil edib.

2018-ci ilin birinci yarısında milyarder Tesla şirkətinin 38,6 milyon dollarlıq istiqrazlarını əldə etmişdir.

Son məlumatlara görə, 2018-ci ilin dekabr ayında fond bu istiqrazların payını 36% azaldıb (22,5 milyon dollara qədər).

Neft

2017-ci ilin dördüncü rübündə Soros-un fondu neftə qoyduğu yeni sərmayələrə dair hesabat verdi. Sərmayənin 87 milyon dolları enerji infrastrukturuna investisiyalar üzrə ixtisaslaşan Alerian fonduna, 30 milyon dolları isə Halliburton neft istehsalı şirkətinə qoyulmuşdu.

Sərmayələrin ümumi həcmi 160 milyon dollar təşkil edib.

Daily Center qeyd edir ki, bu, Soros-un ətraf mühitin mühafizəsi mövzusundakı mövqeyi ilə ziddir. 2000-ci ildə 2014-cü ilə qədər “Açıq cəmiyyət” fondları təbiətin qorunması sahəsində layihələrə 36 milyon dollar yatırıblar. Xüsusilə də, 2017-ci ildə iqlimin mühafizəsinə həsr olunmuş marş da Soros-un dəstəyi hesabına keçirildiyini qeyd etmək lazımdır.

Soros-un enerji sərmayələrinə Phillips 66 (5,1 milyon dollar), Oneok (10,7 milyon dollar, Energy Transfer (4,2 milyon dollar) və Magnolia Oil & Gas (2,2 milyon dollar) şirkətləri də daxildir. 

Xeyriyyə

“Açıq cəmiyyət” fondları (daha əvvəl “Açıq cəmiyyət” İnstitutu) –  dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 20 xeyriyyə fondundan ibarət olan şəbəkədir. 2017-ci ildə Soros bu fonda 18 milyard dollar bağışlayıb. “Açıq cəmiyyət” fondlarının verdiyi məlumata görə, Soros ümumilikdə xeyriyyəyə 32 milyard dollar ayırıb.

“Mən xüsusi mövqe tuturam. Maliyyə bazarlarında müvəffəqiyyətim, mənə digər insanlarla müqayisədə daha böyük müstəqillik verib. Bu, məni birmənalı olmayan məsələlərə dair öz fikrimi bildirməyə məcbur edib”, – George Soros.

2019-cu ildə fondun büdcəsi 1,08 milyard, ümumi yatırımlar isə 15,9 milyard dollar təşkil edib.

Soros açıq cəmiyyət ideyasının tərəfdarıdır. Onun fikrincə, kommunist ölkələrin əksəriyyətində qapalı cəmiyyət tendensiyası müşahidə olunur. “Onun vizit kartı kommunist partiyanın informasiya üzərində nəzarətini dağıtmaq məqsədilə universitetlərdə, kitabxanalarda və vətəndaş cəmiyyəti qruplarında surətçıxaran maşınların yayılması idi”, – təşkilatın saytında deyilir.

Ona görə də, “Açıq cəmiyyət” fondları öz fəaliyyətini məhz Şərqi Avropa ərazisində başlamışdır. İlk fond Soros tərəfindən 1984-cü ildə, Budapeştdə təsis edilib.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər