17 C
Baku
Cümə, May 20, 2022

“Keçən il qeyri-neft ixracı $2.7 milyardı üstələyib”

2021-ci ildə qeyri-neft ixracı 2,7 mlrd. dolları üstələyib.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda Vergi Forumunda çıxışı zamanı deyib.

Bu göstəricinin əvvəlki illə müqayisədə 47,2 faiz artdığını deyən Nazir qeyd edib ki, kənd təsərrüfatı emalı sənayesi məhsulları da daxil olmaqla, ümumilikdə qeyri-neft sənayesi məhsullarının ixracı əvvəlki illə müqayisədə təqribən 70 faiz artıb: “Qeyri-neft ixracının qeyri-neft ÜDM-ə nisbəti 8 faiz təşkil edir”.

M.Cabbarov əlavə edib ki, 2021-ci il üçün ölkə iqtisadiyyatında müsbət tendensiyalar müşahidə olunur ki, bunun da 2022-ci ildə davamlı olması və tədricən bütün sektorlarda bərpa prosesinin yüksək artım templərinə çevrilməsinə çalışmalıyıq.

Son xəbərlər
Oxşar xəbərlər