5 C
Baku
Friday, February 6, 2026

Keçən il Azərbaycanda ən çox pul xərclənilən ət məhsulları açıqlandı

Azərbaycanda 2025-ci ildə ət və balıq məhsullarının pərakəndə satışı üzrə əksər istiqamətlərdə illik artıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ətin pərakəndə satışı 2025-ci ildə 188.81 mln. manat təşkil edib ki, bu da 2024-cü ilin 130.49 mln. manat göstəricisi ilə müqayisədə 44.7% artım deməkdir. Ev quşları ətinin pərakəndə satışı isə 183.22 mln. manata çataraq illik müqayisədə 31.72% yüksəlib.

Ət məhsullarının pərakəndə satışı (quş əti məhsulları daxil edilməklə) 272.37 mln. manat olub. Bu göstərici əvvəlki illə müqayisədə 17.23% artım göstərib.

Bununla yanaşı, ət konservlərinin pərakəndə satışı azalıb. 2025-ci ildə bu seqment üzrə satış həcmi 14.65 mln. manat olub ki, bu da 2024-cü illə müqayisədə 4.18% azalma deməkdir.

Balıq məhsulları üzrə artım daha kəskin olub. Balığın pərakəndə satışı 36.3 mln. manata yüksələrək illik müqayisədə 45.33% artıb. Balıq konservlərinin pərakəndə satışı isə 122.4 mln. manat təşkil edib və bu, 41.32% artım anlamına gəlir.

Azərbaycanda pərakəndə satışı, mln. manatla
Fəaliyyət növü 2025-ci il 2024-cü il
Ətin pərakəndə satışı      188.81      130.49
Ev quşları ətinin pərakəndə satışı      183.22      139.09
Ət məhsullarının pərakəndə satışı (quş əti məhsulları daxil edilməklə)      272.37      232.33
Ət konservlərinin pərakəndə satışı (quş ətindən konservlər daxil edilməklə)         14.65         15.29
Balığın pərakəndə satışı         36.30         24.98
Balıq konservlərinin pərakəndə satışı      122.40         86.62
Son xəbərlər
Digər xəbərlər