9 C
Baku
Monday, January 26, 2026

Keçən il Azərbaycanın Avropaya satdığı təbii qaz 18% bahalaşıb

2025-ci ilin ilk on bir ayında Azərbaycanın Avropaya təbii qaz ixracı 11,58 milyard kub-metr təşkil edib və gəlir 5,41 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə həcm sabit qalsa da, qiymətlərin bahalaşması ixrac gəlirini 18,3% yüksəldib.

Banker.az xəbər verir ki, bu dövrdə Avropa üzrə qazın orta qiyməti hər 1 000 kub-metr üçün 467 dollar olub. Keçən il isə orta qiymət 395 dollar/1 000 kub-metr təşkil edirdi.

Beləliklə, Avropa bazarında Azərbaycan qazının orta qiyməti illik müqayisədə hər 1000 kub-metrdə 72 dollar və ya 18,2% artıb.

İtaliya əsas alıcı olub, 8,78 milyard kub-metr qaz 4,23 milyard dollar dəyərində ixrac edilib, ötən il həcim 8,93 milyard kub-metr və gəlir 3,64 milyon dollar idi. Bolqarıstana ixrac 1,77 milyard kub-metr olub və gəlir 640 milyon dollar təşkil edib, keçən il həcim 1,74 milyard kub-metr, gəlir isə 560 milyon dollar idi. Yunanıstana ixrac 830 milyon kub-metr olub və gəlir 428 milyon dollar təşkil edib, ötən il isə həcim 849  milyon kub-metr, gəlir 358 milyon dollar idi.

Serbiyaya ixrac isə 193 milyon kub-metr üçün 106 milyon dollar dəyərində olub, orta qiymət 552 dollar/1000 kub-metr təşkil edib.

Qeyd edək ki 2025-ci ilin noyabrından etibraən Suriya Ərəb Respublikasına ixrac 25 milyon kub-metr və 87 milyon dollar dəyərində olub, orta qiymət 343 dollar/1 000 kub-metr.

Gürcüstan və Türkiyəyə ixracda qiymət dəyişiklikləri diqqət çəkir. Gürcüstanda 2,07 milyard kub-metr qaz 218 milyon dollar dəyərində olub, orta qiymət 106 dollar/1000 kub-metr təşkil edib, keçən il 284 dollar/1000 kub-metr idi, yəni qiymət 62,7% azalıb. Türkiyəyə ixrac 8,91 milyard kub-metr olub və gəlir 2,41 milyon dollar təşkil edib, orta qiymət 270 dollar/1000 kub-metr olub, ötən ilin 306 dollar/1000 kub-metr ilə müqayisədə 11,8% azalma var.

Xatırladaq ki, ümumilikdə ixrac həcmi 22,80 milyard kub-metr, gəlir isə 8,12 milyon dollar olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə həcmin 3% azalması, gəlirin isə 6,7% artması deməkdir.

Yenilənmiş məlumata əsasən, 2025-ci ildə Azərbaycanın ümumi təbii qaz hasilatı təxminən 51.5 milyard kubmetr səviyyəsində olub ki, təxminən 25.2 milyard kubmetr qaz ixrac edib. Bu ixrac nəticəsində ilkin göstəricilərə əsasən, Azərbaycana 8.21 mlrd. dollar valyuta gəlib.

Son günlər Niderland qaz habında (TTF) təbii qazın qiyməti 1 000 kubmetr üçün 500 dollaradək yüksələrək son altı ayın maksimum səviyyəsinə çatıb.

Avropa və Asiyanın bir çox hissəsində havaların kəskin soyuması isitmə məqsədilə qaz tələbatını artırır. Temperaturun enməsi gündəlik istehlakı yüksəldir və qış mövsümü üzrə enerji ehtiyacını gücləndirir.

Eyni zamanda qaz anbarlarındakı ehtiyatlar ötən illərin orta səviyyələrindən xeyli aşağı qalır ki, bu da bazarı daha həssas edir və qiymətlərin hava şəraitinə daha sürətli reaksiya verməsinə səbəb olur. Aşağı stok səviyyələri qiymət dəyişkənliyini artırır.

Bundan əlavə, Avropada qaz təklifi qlobal tədarük zəncirindəki narahatlıqlardan təsirlənməkdə davam edir. LNG tədarükündə bəzi axın məhdudiyyətləri və çıxış limitləri bazarda təklif tərəfinə təzyiq yaradır və qiymətlərin artımını dəstəkləyir.

 

 

Son xəbərlər
Digər xəbərlər