İşğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpanın ikinci ilində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4 milyard 315 milyon manat vəsait ayrılıb.
Bunu maliyyə naziri Samir Şərifov 2022-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.
Nazir qeyd edib ki, bu məqsədlər üçün ilkin proqnozlaşdırılan 2 milyard 670 milyon manat vəsait 60 faizdən yuxarı artırılıb. Bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin çevik idarə edilməsi hesabına mümkün olub.