2025-ci ildə Azərbaycanda mikro sahibkarlıq subyektlərinin malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əldə etdiyi gəlir 1 milyard 462.56 milyon manat olub.
Banker.az xəbər verir ki, bu da 2024-cü ilə nisbətən 16.5% azalma deməkdir.
2024-cü ildə bu gəlir 1 milyard 752.59 milyon manat olmuşdu.
Azərbaycanda mikro sahibkarlıq subyektləri Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli qərarı ilə işçi sayı 10 nəfərədək, illik dövriyyəsi isə 200 000 manata qədər olan sahibkarlar sayılır.
Dövlət Statistika Komitəsinin hesabatında bu gəlirlər qaytarılan mallar və ticarət güzəştləri nəzərə alınmaqla, ƏDV və aksiz vergisi çıxılmaqla hesablanır.






