2025-ci ildə Azərbaycana Rusiya Federasiyasından gələn turistlərin sayı 489 min nəfər olub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə bu göstərici 600 min nəfər təşkil edirdi.
Beləliklə, turist sayı illik müqayisədə təxminən 19 faiz azalıb.
Rusiya turistlərinin Azərbaycanda çəkdiyi xərclər 2025-ci ildə 861 mln. manat olmaqla 2024-cü ildə qeydə alınan 1.043 mlrd. manat təxminən 18 faiz azalıb.
Adambaşına düşən xərclər 2025-ci ildə 1.760 manat, 2024-cü ildə isə 1.738 manat səviyyəsində olub. Beləliklə, 2025-ci ildə hər bir rusiyalı turistin orta xərci az da olsa artıb.







