-1 C
Baku
Saturday, February 22, 2025

Keçən il Şərqi Zəngəzurun iqtisadiyyatına ₼3.6 mlrd. investisiya yatırılıb

2024-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna 3 milyard 627 milyon manat həcmində investisiya yatırılıb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Kəlbəcərə ümumi həcmi 1 milyard 381 milyon manat həcmində investisiya yatırılıb və işğaldan 4 ildir azad edilmiş bu rayon paytaxtdan sonra ikinci ən iri həcmli yatırım edilmiş inzibati ərazidir. Kəlbəcərə qoyulmuş ümumi investisiyanın 1 mlrd. 374 mln. manatı tikintiyə xərclənib.

  Əsas kapitala yönəldilmiş investisiyalar, min manat ondan tikinti- quraşdırma işləri
Şərqi Zəngəzur iqtisadi

rayonu- cəmi

                     

3627511,3

3574977,9
o cümlədən:
Cəbrayıl rayonu 451796,4 436626,8
Kəlbəcər rayonu 1381130,4 1374784,6
Qubadlı rayonu 317913,9 316792,3
Laçın rayonu 923548,4 894736,7
Zəngilan rayonu 553122,2 552037,5

 

Son xəbərlər
Digər xəbərlər