7 C
Baku
Tuesday, January 6, 2026

Keçən il sığortaçıların tibbi sığortadan zərərlilik nisbəti aşağı düşüb

2025-ci ilin ilk 11 ayında Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımların həcmi 121.90 mln. manat təşkil edib.

Banker.az xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8.24 mln. manat və ya 7.25% artım deməkdir. Belə ki, 2024-cü ilin yanvar–noyabr aylarında könüllü tibbi sığorta üzrə sığorta haqları 113.66 mln. manat olmuşdu.

Eyni zamanda, sığorta ödənişlərində azalma qeydə alınıb. 2025-ci ilin ilk 11 ayında könüllü tibbi sığorta üzrə ödənişlər 81.31 mln. manat səviyyəsində formalaşıb. Bu göstərici 2024-cü ilin müvafiq dövründə 88.09 mln. manat idi. Beləliklə, illik müqayisədə sığorta ödənişləri 6.78 mln. manat və ya 7.69% azalıb.

2024-cü ilin yanvar–noyabr aylarında könüllü tibbi sığorta üzrə zərərlilik nisbəti 77.52% təşkil etdiyi halda, 2025-ci ilin eyni dövründə bu göstərici 66.69%-ə enib.

 

Son xəbərlər
Digər xəbərlər