9 C
Baku
Friday, December 13, 2024

Keçən il ÜDM istehsalı neft-qaz sektorunda 1.7% azalıb, qeyri neft-qaz sektorunda 3.7% artıb

2023-cü ili əhatə edən hesabat dövründə də Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə aparılan məqsədyönlü və genişmiqyaslı sosial-iqtisadi islahatlar, həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin edilib.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Baş nazir deyib ki, hesabat ilində ölkədə 123 mlrd. manatlıq və ya 2022-ci illə müqayisədə real ifadədə 1.1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub: Əhalinin hər nəfərinə düşən ÜDM isə 0.5% artaraq 12.1 min manat (7.1 min ABŞ dolları) təşkil edib. 2023-cü ildə ÜDM istehsalı 2022-ci illə müqayisədə neft-qaz sektorunda 1.7% azaldığı halda, iqtisadiyyatın qeyri neft-qaz sektorunda 3.7% artıb. Qeyri neft-qaz sənayesi 8.0% artıb. 2023-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 45 mlrd. ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 10.3 mlrd. dollar olub. Qeyri-neft ixracı 9.8% artaraq 3.3 mlrd. dolları üstələyib”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər