26 C
Baku
Saturday, July 27, 2024

Keçmiş bankir “AzRe Təkrarsığorta”nın rəhbərliyinə təyin edilib

“AzRe Təkrarsığorta” şirkətinin Direktorlar Şurasına (DŞ) yeni müstəqil üzv təyin edilib.

Bu barədə təkrarsığorta şirkətindən bildirilib. Məlumata görə, Asim Salamov Direktorlar Şurasına müstəqil üzv seçilib.

Qeyd edək ki, Direktorlar Şurasının müstəqil üzvü bundan əvvəl Anar Mansurov olub. O ötən ilin sentyar ayında şirkətdən ayrılmışdı.

“AzRe Təkrarsığorta”nın Direktorlar Şurasının yeni müstəqil üzvü Asim Salamov isə 2017-ci ilə kimi “Bank BTB”nin müşahidə şurasının üzvü və rəhbəri vəzifələrində çalışıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər