12 C
Baku
Saturday, April 12, 2025

Keçmiş diplomat 7 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Emin İbrahimov təqsirli bilindiyi 221.1-ci (xuliqanlıq) maddəsi ittihamdan xaric edilməklə, 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Emin İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.

Qeyd edək ki, Emin İbrahimov 2024-cü ilin iyul ayında cinayət məsuliyyətinə cəlb olunub. İttihama görə, o, iyulun 22-də Şükürov Kamal Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər