9 C
Baku
Friday, December 13, 2024

Keçmiş FIFA rəhbərləri nə qədər maaş alıb?

Rüşvət qalmaqalına görə vəzifəsindən kənarlaşdırılan FIFA-nın sabiq prezidenti Yozef Blatter və baş katibi Jerome Valkenin maaşları açıqlanıb.

Məlumatına görə, Yozef Blatter ötən il 2 milyon 964 min 379 dollar maaş alıb. Vergilər, yardım və sosial müavinətlərlə birlikdə bu rəqəm 3 milyon 634 min 857 dollara çatır.

Blatter ötən il 2 milyon 964 min 379 dollar maaş alıb.
Jerome Valkeyə isə ötən il 1 milyon 514 min 744 dollar ödənilib. Vergilər, yardımlar və sosial müavinətlərlə birlikdə bu rəqəm 2 milyon 124 min 824 dollar olub.

FIFA-nın 2015-ci il üçün açıqladığı maliyyə hesabatından görünür ki, ali futbol qurumu 2002-ci ildən sonra ilk dəfə büdcə kəsiri ilə üzləşib. Qurumun ötən il 1 milyard 247 milyon dollar gəliri olub.

Rüşvət və saxtkarlıq olayları ilə bağlı yaranmış qalmaqallar üzündən yeni sponsor tapa bilməyən FIFA 122 milyon dollar ziyan edib.

2015-ci ilin may ayında İsveçrədə bir sıra yüksək rütbəli FİFA rəsmisi həbs edilib. Saxlanılan FİFA məmurlarının yaratdıqları korrupsiyon sxem təxminən 20 il ərzində mövcud olub və onlara yüz milyonlarla dollar məbləğində qeyri-qanuni gəlir əldə etmək imkanı yaradıb.

Bundan əlavə məlum olub ki, İsveçrə polisi DÇ-2010, DÇ-2018 və DÇ-2022-yə ev sahibliyi edəcək ölkələrin seçilməsi zamanı pulların yuyulması ilə əlaqəli olan bir qrup adları çəkilməyən şəxs barəsində istintaq işi qaldırıb.

29 may 2015-ci il tarixində FİFA konqresində 5-ci dəfə yenidən təşkilatın prezidenti seçilən Yozef Blatter bundan cəmi bir neçə gün sonra korrupsiya qalmaqalı ilə əlaqədar gözlənilmədən vəzifəsindən istefa verib.

FİFA-nın yeni prezidenti bu il fevralın 26-da İsveçrənin Sürix şəhərində keçirilən növbədənkənar konqresdə Canni İnfantino yeni prezident seçilib.

ANS-Press

Son xəbərlər
Digər xəbərlər